Accessibility links

İnternet: Azadlıq və tənzimləmə [MHI-nin rəhbəri Rəşid Hacılı ilə Video-müsahibə]


İnternet: Azadlıq və tənzimləmə [MHİ-nin rəhbəri Rəşid Hacılı ilə Video-müsahibə]
please wait

No media source currently available

0:00 0:06:19 0:00

İnternet: Azadlıq və tənzimləmə [MHİ-nin rəhbəri Rəşid Hacılı ilə Video-müsahibə]

Ekspertlər telefonların və internetin izlənməsi ilə bağlı nəzarət mexanizminin olmasını vacib sayır.

Media və internet azadlığI ilə bağlı qanunvericilik, qanunvericiliyin tətbiqində problemlər, internetdə məzmuna görə təqiblər, xüsusi xidmət orqanlarının internet yazışmalarını izləməsi, Azərbaycan qanunvericiliyinin beynəlxalq sənədlərə uyğunluğu, difamasiyanın dekriminallaşdırılmaması bu gün keçirilən dəyirmi masada diqqət mərkəzində olub.

Media Hüququ İnstitutunun təşəbbüsü ilə keçirilən dəyirmi masada media rəhbərləri, Mətbuat Şurasının təmsilçisi, ekspertlər iştirak edib.

Ekspertlər qanunvericilikdə birbaşa və dolayısı ilə fikir və internet azadlığına təsir edən çoxsaylı müddəa və normaların olduğunu qeyd edib.

Bunlar böhtan, təhqir, terrora, iğtişaşa, müharibəyə çağırış, pornoqrafiya, dövlət başçısının şərəf və ləyaqəti, milli, irqi, dini ayrı seçkilik və başqa hüquqi məsuliyyət yaradan normalardır.
“Qanunvericilikdə, xüsusilə Cinayət Məcəlləsində ifadənin məzmunu ilə bağlı insanları təhdid edən çoxsaylı maddələr var. Bunlar böhtan, təhqir, terrora, iğtişaşa, müharibəyə çağırış, pornoqrafiya, dövlət başçısının şərəf və ləyaqəti, milli, irqi, dini ayrı seçkilik və başqa hüquqi məsuliyyət yaradan normalardır”, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı qeyd edib.

Onun sözlərinə görə, mərhum tənqidçi Rafiq Tağı, jurnalist Eynulla Fətullayev milli, dini ayrı seçkilik ittihamları ilə həbsdə olub. Jurnalist Fərəməz Allahverdiyev, NİDA-çı gənclər, REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu iğtişaşa çağırış ittihamı ilə həbsdədir.

Hökumət fəaliyyət planı qəbul edib və orada 2012-ci ilin sonunadək “Difamasiya haqqında” qanunun parlamentin müzakirəsinə təqdim ediləcəyi göstərilib. Amma bu baş verməyib, əksinə 2013-cü ilin martında parlament Cinayət Məcəlləsinə internetdə təhqir və böhtana görə məsuliyyət müəyyən edən əlavə edib.

Hazırda tənqidçilərin məsuliyyətə cəlb edilməsi üçün silah və narkotik ittihamlarından da istifadə edirlər.

“Bloger Əbdül Əbilovu narkotik ittihamı ilə həbs ediblər. Anası deyir ki, narkotiki gözünün qarşısında oğlunun cibinə qoyublar. Hüquq mühafizə orqanları Əbdül Əbilovun kompüterini də götürüb. Soruşuram, narkotikin kompüterlə nə əlaqəsi ola bilər?”, Hacılı sual edib.

Soruşuram, narkotikin kompüterlə nə əlaqəsi ola bilər?
Xüsusi xidmət orqanlarının internet və telefon üzərindən izləmə səlahiyyətlərinə malik olması dəyirmi masada diqqət mərkəzində olub.

Xüsusi xidmət orqanlarının vətəndaşların telefon və internetdə şəxsi yazışmalarını izləməsinə hər hansı nəzarət mexanizmi yoxdur və bu orqanlar nə qədər yazışmanı və ya danışığı izləməsi ilə bağlı hesabat vermir. İzləmələr isə bir çox hallarda blogerlərə, tənqidçilərə və fəallara qarşı yönəldilir.

“Ölkədə hər bir xidmət operatoru xüsusi xidmət orqanları üçün ayrıca otaq ayırmalı, izləmə aparatı yerləşdirməli və trafiki həmin aparata qoşmalıdır”, deyə o qeyd edib.

Ekspertlər bildirib ki, son zamanlar saytlarda bloklama, sürətin azaldılması halları çoxalıb.

Həmçinin ekspertlər hesab edir ki, internet və telefonların izlənməsi ilə bağlı nəzarət mexanizminin yaradılması çox vacibdir.

İzlənmə qanunvericilik və beynəlxalq normalara ziddir.
“İzlənmə qanunvericilik və beynəlxalq normalara ziddir. Doğrudur terrorizmə qarşı mübarizə məsələləri də nəzərə alınmalıdır. Amma, bütün hallarda izlənmə məhkəmənin qərarı ilə baş verə bilər. Məmurlar bilməlidir ki, onların yazışmaları da yazılıb saxlanılır. Qayda-qanun, nəzarət mexanizmi olmadığından nə vaxtsa hansısa fləş kartda saxlanan şəxsi yazışmalar və ya kiminsə şəxsi həyatı ilə bağlı məlumatlar şəxsi münasibətlər zəminində və ya başqa fonda ictimailəşdirilə bilər. Bunun üçün məsuliyyət də yoxdur. Necə ki, başqa ölkələrdə olur. Məsələn Snouden Amerikanın xüsusi xidmət orqanlarının məlumatlarını ictimailəşdirib”, ekspert Ələsgər Məmmədli qeyd edib.

Ekspertlər media azadlığı və difamasiya məsələləri ətrafında müzakirələr zamanı məhkəmələrin cərimələrlə bağlı qərarlarının beynəlxalq normalara adekvat olmadığını vurğulayıb. Burada intizama hamı üçün eyni olan normalarla nail olmaq olar. Amma, Azərbaycanda daha çox kabelin başında durub izləmə var.

“Rəsmi məlumatlara görə, internet ölkədə 6,6 milyon insanı əhatə edir. Burada izləmə, cinayət məsuliyyətinə cəlb etmə deyil, qınama və maarifləndirmə mexanizmi təsirli ola bilər. 6,6 milyon insanın hər biri tənqid və təhqirdən istifadə etmək imkanına malikdir”, Məmmədli bildirib.

6,6 milyon insanın hər biri tənqid və təhqirdən istifadə etmək imkanına malikdir.
Digər tərəfdən məhkəmə qərarlarının ədalətə dəlalət etmədiyi vurğulanıb.

“Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədova “Azadlıq” qəzeti mənəvi zərərə görə 30 min manat ödəməlidir, Amma, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna fiziki zərər vurduğuna görə Avropa Məhkəməsi Azərbaycan hökumətini 10 min avro cərimələyib”, ekspert bildirib.

Hərbi ekspert Üzeyir Cəfərli isə Səbayel rayon məhkəməsinin qərarına istinadən bildirib ki, əsgər ölümü ilə bağlı valideynlərə 5 min fiziki zərərə, 1 min manat isə mənəvi zərərə görə ödənilib.

“Əsgərin ailəsi isə oğullarının ölümünə görə 20 milyon manat tələb edirdi”, o qeyd edib.

Mətbuat Şurasının nümayəndəsi və ekspertlər “Difamasiya haqqında” qanunun qəbulunun vacibliyini deyib.

“Əsas qanun pozuntusu medianın həqiqətə xidmət etməməsidir”, Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG