Accessibility links

Diffamasiya böhranı – kəskin diskussiya [Video]


"İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda konfrans
"İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda konfrans

Azərbaycan hökuməti diffamasiyanın dekriminallaşdırılmasını istəmir

Əli Həsənov Amerikanın Səsinin sualına cavab verib
please wait

No media source currently available

0:00 0:03:31 0:00
Direct link

Azərbaycan “Diffamasiyadan müdafiə haqqında” qanunu qəbul edə bilər. Ancaq, Cinayət Məcəlləsində diffamasiyanı kriminallaşdıran 147-ci (böhtan), 148-ci (təhqir) maddələrinin sanksiyaları olduğu kimi qalmalıdır. Diffamasiyanın dekriminallaşdırılması ilə bağlı hökumət qurumlarının, beynəlxalq və yerli hüquq müdafiə, jurnalist təşkilatlarının bir neçə illik müzakirələrindən sonra hökumətin hazırki mövqeyi belədir.

“Kim düşünürsə təhqir edəcək məsuliyyət daşımayacaq, düz düşünmür.
Mayın 22-də Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycan Hüquqşünasları Konfederasiyası və Amerika Hüquqşünaslar Assosiasiyasının təşəbbüsü ilə “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericilik perspektivləri” mövzusunda keçirilən dəyirmi masada dialoq platformasının gücləndirilməsi və insan hüquqlarının təminatı, eləcə də ifadə azadlığı sahəsində qanunvericiliyin inkişafı perspektivləri ilə bağlı diskussiyalar aparılıb.

Müzakirələrdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatları, media ekspertləri, hüquqşünaslar iştirak edib.

Toplantılarla, QHT-lərlə, qrantlarla bağlı cərimələrin artırılması problemlərə səbəb olur və bu da insanlarda hirs yaradır
Müzakirələrin əsas aparıcı mövzusu “Diffamasiya haqqında” qanunun qəbul edilməməsinin səbəbləri, diffamasiyanın sanksiyasının ağırlaşdırılması, internetdə KİV-lərə diffamasiyanın tətbiqi, cərimələrin artırılması ilə bağlı məsələlər olub.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, qanunvericiliyə edilən son dəyişikliklər qabaqcıl təşəbbüslərə əsaslanır.

“Hakimiyyət çalışır ki, insanların hüququ balanslı təmin edilsin. Qanunlar və məhkəmə qərarları bu balansı təmin etməlidir”.

“Diffamasiyadan müdafiə haqqında” qanun layihəsi ekspertiza üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib.

Milli Məclis döyməyə görə cinayət məsuliyyətini aradan qaldırıb. Halbuki döymək işgəncədir. Mən diffamasiyayan dekriminallşadırılmasını müdafiə edirəm.
“Kim düşünürsə təhqir edəcək məsuliyyət daşımayacaq, düz düşünmür. Cinayət məsuliyyəti qalacaq. Qanun jurnalist adı daşıyan, jurnalist əxlaq kodeksinə əməl edən medianın fəaliyyətinə daha geniş imkan yaradacaq, azad sözün dairəsini genişləndirəcək”, Əli Həsənov qeyd edib.

Ekspertlər hesab edir ki, diffamasiya qanunvericiliyində fikir azadlığı, şəxsi ləyaqət və ictimai təhlükəsizlik spektrləri qorunmalıdır.

“Burada ortaq xətt tapılmalıdır. Diffamasiya ictimai məsələdirsə “Cinayət Məcəlləsi” ilə, şəxsi məsələdirsə “Mülki Məcəllə” ilə tənzimlənməlidir. Qanun ünsiyyət vasitəsidir. İnsanlar dəqiq bilməlidir ki, hərəkətlərinin sonunda onları nə gözləyir. Vətəndaş cəmiyyətləri, media qanunvericiliyə son dəyişikliklərdə fəaliyyətlərinə mane görürlər. Toplantılarla, QHT-lərlə, qrantlarla bağlı cərimələrin artırılması problemlərə səbəb olur və bu da insanlarda hirs yaradır”, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan üzrə nümayəndəsi Robert Stir qeyd edib.

Diffamasiya ilə bağlı fərqli fikirlər var. Hökumət və parlamentin komitə sədri Əli Hüseynov diffamasiyanın dekriminallaşdırlmasını dəstəkləmir. Bir sıra deputatlar və QHT-lər və ekspertlər bunun əleyhinədir.

“Milli Məclis döyməyə görə cinayət məsuliyyətini aradan qaldırıb. Halbuki döymək işgəncədir. Mən diffamasiyayan dekriminallşadırılmasını müdafiə edirəm. Vaxtı ilə senzura ləğv olunanda da deyirdilər ki, ciddi fəsadlar yaradacaq, amma yaratmadı”, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.

Diffamasiyanın Cinayət Məcəlləsində qalması sadəcə çəkindirici xarakter daşıyır.
Parlament komitəsinin sədri Əli Hüseynli “Diffamasiya haqqında” qanunun qəbulu və rəsmi müzakirəyə başlanması üçün tərəflərin kompromissə hazır olmasının vacibliyini qeyd edib. Qanunun rəsmi müzakirəsini başlamaq olar, amma diffamasiyanın dekriminallaşdırlması sənəddə olmamalıdır.

“Kompromis olarsa qanun layihəsinin müzakirəsinə başlamaq olar. Avropanın bir çox dövlətləri də “Diffamasiya haqqında” qnunu qəbul edib, ancaq Cinayət Məcəlləsinə toxunmayıb. Diffamasiyanın Cinayət Məcəlləsində qalması sadəcə çəkindirici xarakter daşıyır. Azərbaycan son illər diffamasiyaya görə heç bir jurnalisti cinayət məsuliyyətinə cəlb etməyib”, o qeyd edib.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın fikrincə, ifadə və söz azadlığı ATƏT-in təməl prinsipidir və “burada hər hansı kompromis ola bilməz”.

Dünya təkcə Azərbaycanda ibarət deyil. Dünyada fərqli dəyərlər var.
“Diffamasiya haqqında” qanun layihəsi illərdir müzakirə olunur, amma hələ irəliləyiş yoxdur. Aamma diffamasiyanın genişləndirilməsi barədə qərarlar qəbul edilir. ATƏT diffamsiyanın dekriminallaşdırılmasını istəyir. Bu sahədə Avropanın çoxsaylı ölkələri qanun qəbul edib. Son olaraq isə Böyük Britaniya qəbul edib”.

K.Tarqay xatırladıb ki, Azərbaycanda diffamasiya ilə bağlı cəzalar və cərimələr çox yüksəkdir.

“Məsələ qanunun qəbulunun başa çatdırılması bitmir, onun yerinə yetirilməsi də lazımdır. Dünya təkcə Azərbaycanda ibarət deyil. Dünyada fərqli dəyərlər var. ATƏT qabaqcıl dəyərləri Azərbaycana gətirmək istəyir“.

Ekspert Rəşid Hacılı da cərimələrin qanunvericiliyə adekvat olmadığı fikrindədir.

Amma məhkəmələr heç də ağır cinayət sayılmayan diffamasiyaya görə, qəzetlərə 30 min, 50 min və daha çox cərimələr kəsir.
“Qanunvericilikdə ağır cinayətlərə görə cəzadan sonra 825 manat, xüsusilə ağır cinayətlər üçün 1600 manatdan çox cərimə müəyyən edilməyib. Amma məhkəmələr heç də ağır cinayət sayılmayan diffamasiyaya görə, qəzetlərə 30 min, 50 min və daha çox cərimələr kəsir”, ekspert bildirib.

Diffamasiyanın internetə tətbiqi sahəsində də fikirlər ayrılıb.

Ə.Həsənov internetdə təhqirin yolverilməzliyini deyib və təsdiqini tapmayan normaların Azərbaycana gətirilməsini qəbul etmədiyini diqqətə çatdırıb.

“Biz cəmiyyətdə özbaşınalıq yaradacaq normaları qəbul etməyəcəyik. Azərbaycan söz və mətbuat azadlığını da məhdudlaşdırmayacaq”.

O əvvəllər olduğu kimi yenə deyib ki, “internet sahibsiz pişik kimi ev yiyəsinin xəbəri olmadan barını aşaraq evlərə daxil olur”.

“Xəbərsiz qonağı isə necə qəbul edirlər bilirsiniz. İnternetdəki təhqirlərdən hamı narazıdır”, o bildirib.

Hökumət internet peyki qaldırdığı bir vaxtda internetə diffamasiya tətbiq edilir..
İnternet Forumunun prezidenti Osman Gündüz internetə diffamasiyanın tətbiqinin yaradacağı problemləri diqqətə çatdırıb. İnternet yalnız fikrin yayılması üçün məkan deyil, həm də kommunikasiyadır.

“Sanki hökumətdə iki fikir var, - konservatorlar və yenilikçilər. Hökumət internet peyki qaldırdığı bir vaxtda internetə diffamasiya tətbiq edilir. Təzaddır. Bir tərəfdən hökumət internetin inkişafına milyonlarla pul xərcləyir, “internet ili” elan edir, digər tərəfdən isə qanunvericiliyə internetə görə diffamasiya tətbiq edir”, ekspert bildirib.

İnternetdə informasiya mənbəyi, materialın haradan daxil edilməsi, domenin müəyyən edilməsi çoxsaylı problemlər yaradacaq.

“Hər hansı şəxs domeni Azərbaycanda alıb, hansısa xarici ölkədə material yerləşdirə bilər. Qanun necə tətbiq ediləcək, istintaqı kim aparacaq, işə hansı məhkəmə baxacaq”, ekspert Ələsgər Məmmədli bildirib. .

Azərbaycanda 5 milyon internet, 1 milyondan çox Facebook istifadəçisi var..
Digər tərəfdən internet təhlükəsizliyi məsələlərinə Milli Təhlükəsizlik Nazirliyi baxır.

“Hansısa kənddə bir nəfər internetə material yerləşdiribsə, bu nazirliyin qüvvəsi həmin adamın müəyyən edilib, tapılmasına yönəldilməlidir? ”, O.Gündüz sual edib.

Müzakirələrdə qeyd edilib ki, Azərbaycanda 5 milyon internet, 1 milyondan çox Facebook istifadəçisi var. Minlərlə xəbər saytları internet üzərindən fəaliyyət göstərir. Onlarla anonim xəbər saytları da fəaliyyətdədir.

Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin demokratiya və idarəçilik ofisinin direktoru Roland Qlas diffamasiya ilə bağlı beynəlxalq təcrübədən danışıb.

Prezidenty Obama kəskin tənqidlərə məruz qalır və dözür. Bu onun zəifliyindən irəli gəlmir, əksinə güclü lider olduğunu sübut edir.
Onun fikrincə, Obamanın prezidentliyinin çox ağır dövrə düşməsinə baxmayaraq, özündən əvvəlki prezidentlər kimi diffamasiyanın dekriminallaşdırlmasını dəstəkləyir.

”Prezidenty Obama kəskin tənqidlərə məruz qalır və dözür. Bu onun zəifliyindən irəli gəlmir, əksinə güclü lider olduğunu sübut edir”, o qeyd edib.

Geniş müzakirələrdən sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov “Diffamasiyadan müdafiə haqqında” qanunun aşağıdakı şərtlərlə qəbulunun məqbul olduğunu diqqətə çatdırıb.

“İlk öncə bu sahədə beynəlxalq qanunvericiliyin tətbiqinin üstünlüyü qanunda əksini tapmalıdır, cərimələr beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Qanuna yeni keçir müddəası əlavə edilməlidir ki, iki ildən sonra diffamasiyanın dekriminallaşdırlımasına keçilir”.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG