Accessibility links

“İranda Xəzərin statusuna dair mübahisələrdə pan-İranist sentimentlər nəzərə çarpır”


Umud Şükri

Umud Şükrinin sözlərinə görə, son vaxtlar İranın siyasi mühitində daha aşkar təzahür etməyə başlayan pan-İranist sentimentlər Xəzərin hüquqi statusu haqqında gedən mübahisələrdə də özünü büruzə verir.

Umud Şükri Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:10 0:00

Enerji üzrə yüksək ekspert Amerikanın Səsinə müsahibədə İran mediasında Xəzərin statusu ilə bağlı yenidən gündəmə gələn mübahisələri dəyərləndirib. Şükri həmçinin İranın Rusiya və Çinlə iqtisadi münasibətlərində hazırkı vəziyyət haqqında danışıb.

Bu anlaşmaların heç birində nə İrana nə də Sovetlərə [müəyyən bir] pay verilməyib. Deyilməyib ki, məsələn bu ölkənin payı 50 faizdir. Təbii ki, Sovetlərin durumu daha yaxşı olduğu üçün Xəzərin qaynaqlarından daha çox faydalanırdı.

2018-ci ilin avqustunda xəzrəyanı dövlət başçıları Xəzərin hüquqi statusu haqqında Konvensiya imzaladılar. Bu yaxınlarda Rusiya tərəfindən ratifikasiya ediləcəyi, İranın İslami Şura Məclisində isə müzakirəyə qoyulacağı bildirilən konvensiya yenidən farsdilli medianın əsas gündəmlərindən biri olub.

Umud Şükrinin söylədiklərinə görə, bu anlaşma keçən il də çoxlu tənqidlərlə qarşılanmışdı.

"Həm içəridə həm də xaricdəki müxalifət tərəfindən. Bunların düşüncəsi bu idi ki, İranın Xəzərdə payı 50 faizdir, amma bu konvensiyadan sonra İrana düşən pay 13 faiz olacaq ki, bu heç zaman İranı məmnun edə bilməz," o deyir.

Farsdilli media və sosial şəbəkələrdə bu haqda fikirlərini paylaşan ekspertlər və siyasi fəalların bir çoxu “qeyri-İrani” olaraq dəyərləndirdikləri Xəzər adını tələffüz etməkdən imtina edirlər. Onlar, ümumiyyətlə “Mazəndəran dənizi” ifadəsindən istifadə edirlər.

Şükri deyir ki, “İranda mövcud olan aşırı pan-İranist düşüncə bu günlərdə özünü çox göstərir və bütün media qurumları həm xaricdə, həm də daxildə bunu alovlandırırlar... Xəzər haqqında danışanların da 15 faiz ya 20 faizi uzman olsa, 80 faizi mövzunu bilmədən, tarixi bilmədən və mənbələri oxumadan sadəcə milliyyətçi duyğularla bir şeylər yazırlar.”

İranda mövcud olan aşırı pan-İranist düşüncə bu günlərdə özünü çox göstərir və bütün media qurumları həm xaricdə, həm də daxildə bunu alovlandırırlar.

Enerji eksperti razılaşmanın ancaq Xəzəryanı ölkələrin parlamentlərində qəbul edildikdən sonra rəsmiləşə biləcəyini önə çəkir.

“Bu, Rusiyada yaxında ratifikasiya edilə bilər. Çünki, Rusiya bu anlaşma ilə bütün gözləntilərini əldə edib. Buna görə, Rusiyada sıxıntı olmayacaq. Sıxıntı olsa, İran məclisində olacaq,” Şükri, söyləyir.

O, İran İslam Respublikasının da Xəzərlə bağlı ən önəmli qayğısının çözüldüyünü ifadə edir: “İranın ən önəmli qayğısı təhlükəsizlik məsələsi, yəni başqa bir ölkənin xəzəryanı ölkələrdən birinin sularından faydalanaraq İrana hücum edəbilməsi qorxusu idi. Keçən il konvensiyanın imzalanması ilə İran bu təhlükəni aşdı.”

Umud Şükrinin dediklərinə görə, Xəzərin hüquqi statusuna dair imzalanan Konvensiyada çözülməyən xüsuslar var, amma bunlar İranın yaxın gələcəkdə olan maraqlarına təsir etmir:

Xəzərdən təbii qaz və neft çıxarmaq üçün İrana çox üstün teknologiya və çox pul lazimdir ki, İranda nə o teknologiya var, nə də o pul. İran üçün ən önəmli məsələ elə təhlükəsizlik məsələsi idi ki, onu da çözdü.

“İran bilir ki, İranın təbii qaz və neft qaynaqları Xəzərin ən dərin sularındadır. Ən az 700 metr suyun altında. Onu çıxarmaq üçün çox üstün teknologiya və çox pul lazimdir ki, İranda nə o teknologiya var, nə də o pul... İran üçün ən önəmli məsələ elə təhlükəsizlik məsələsi idi ki, onu da çözdü.”

İranın Xəzərdəki tarixi haqlarına dair İran millətçilərinin ifadələrinə diqqət çəkən ekspert əlavə edir ki, “ən qədim anlaşmaya, Türkmənçay anlaşmasına baxsaq, orada Xəzərdə bütün haqlar, özəlliklə gəmiçilik haqları Rusiyaya verildi. Ondan sonra, 1921-dəki anlaşma bütün haqların Rusiyaya aid olması qaldırıldı və iki ölkənin şərik olaraq Xəzərdən faydalanmasına qərar verildi. 1941 anlaşmasında da eyni qərara gəldilər. Bunların heç birində nə İrana nə də Sovetlərə [müəyyən bir] pay verilmədi. Deyilmədi ki, məsələn bu ölkənin payı 50 faizdir. Təbii ki, Sovetlərin durumu daha yaxşı olduğu üçün Xəzərin qaynaqlarından daha çox faydalandı. Heç bir anlaşmada İranın yüzdə əlli payı yoxdur.”

XS
SM
MD
LG