Accessibility links

İran prezidenti Mahmud Əhmədinejad BMT strukturunu tənqid edib


Mahmud Əhmədinejad Təhlükəsizlik Şurasını gücün monopoliyalaşdırılmasında ittiham edib

İran prezidenti Mahmud Əhmədinejad BMT-nin Təhlükəsizlik Şurasını kəskin tənqid edərək, şuranın bir neçə hökumətin “dominantlığında olduğunu” deyib.

Çərşənbə günü BMT-nin Baş Assambleyasındakı çıxışında o, dünya birliyinə qarşı ayrıseçkiliyin “hər kəsə təhqir” olduğunu deyib.

O həmçinin gücün “monopoliyaşdırılması” adlandırdığı veto hüququnun bəzi ölkələrə verilməsinə görə Təhlükəsizlik Şurasının xalqların haqlarının qorumasını qeyri-mümkün etdiyini deyib.

İran mübahisəli nüvə proqramına görə BMT-nin sanksiyalarına məruz qalıb. Dünyanın aparıcı ölkələri İranın nüvə silahı yaratmasından ehtiyyat edir, lakin Tehran öz nüvə hədəflərinin sülhməramlı olduğunu bildirir.

Baş Assambleyada çıxışı zamanı İran prezidenti Mahmud Əhmədinejad İsraili dolayı yolla tənqid edərək “qeyri-sivil sionistlər” adlandırıb.

İsrail nümayəndə heyəti yəhudilərin müqəddəs Yom Kippur günü münasibətilə BMT-nin çərşənbə günü keçirilən sessiyasında iştirak etməyib.

Amerika Birləşmiş Ştatlarının nümayəndə heyəti cənab Əhmədinejadın BMT Baş Assambleyasında İran prezidenti kimi son nitqini boykot edərək zalı tərk edib.

Çərşənbə axşamı ABŞ prezidenti Barak Obama Baş Assambleyadakı çıxışında Tehrana bir daha xəbərdar edərək, müttəfiq ölkələrlə birlikdə nüvə proqramını inkişaf etdirməsinə imkan verilməyəcəyini bildirib.

Cənab Obama problemin diplomatik yolla həll üçün vaxtın bitmək üzrə olduğunu vurğulayıb.
XS
SM
MD
LG