Accessibility links

Təbrizdə 5 siyasi fəal həbs edilib


İranın təhlükəsizlik qüvvələri Təbrizdə dördü sabiq siyasi məhbus olmaqla, 5 vətəndaşı nəzarət altına alıblar. Tutulanların evlərində axtarış aparılaraq bəzi şəxsi əşyaları müsadirə olunub.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinin bildirdiyinə görə, bir neçə gün əvvəl saxlanılan Məcid Zəbihi, Məcid Motab Purrzayi, Həsən Tarverdiyan, Rzaqulu Şirməhəmmədi və Yasir Şirməhəmmədinin hansı ittihamlarla günahlandırıldığı bəlli deyil.

Nəzarət altına alınan fəalların dördü İranda müxalif qruplara qarşı geniş həbs dalğasının həyata keçirildiyi 80-ci illərdə uzun müddət həbsdə qalıblar.

Həmin illərdə Məcid Motab Purrzayi 7 il, Həsən Tarverdiyan və Məcid Zəbihi 5 il, Rzaqulu Şirməhəmmədi isə 4 il həbs müddəti keçirib.

Yasir Şirməhəmmədinin atası Rzaqulu Şirməhəmmədi ilə bərabər saxlanıldığı bildirilir.

XS
SM
MD
LG