Accessibility links

Berndə, Haaqada və Kiyevdə İranda yaşayan azərbaycanlılara dəstək aksiyaları keçirilib [Fotoqalereya]


Haaqada İranda yaşayan azərbaycanlılara dəstək aksiyası (Fotonu Laçın Məmişova məxsusdur)
Haaqada İranda yaşayan azərbaycanlılara dəstək aksiyası (Fotonu Laçın Məmişova məxsusdur)

Aksiyalarda İranda azərbaycanlıların təhqirinə etiraz bildirilib, həbs olunanlara azadlıq tələb edilib

Noyabrın 28-də Avropa Azərbaycanlıları Milli Birlik Şurası İranda yaşayan azərbaycanlılara qarşı haqsızlığa etiraz olaraq İsveçrənin Bern, Hollandiyanın Haaqa və Ukraynanın Kiyev şəhərində “Stop Persian Rasizm” (Fars irqçiyini dayandırın) aksiyası keçirilib. Bu barədə Amerikanın Səsinə aksiyanın təşkilatçılarından Laçın Məmişov bildirib.

Onun sözlərinə görə, eyni gündə və eyni saatda dünyanın müxtəlif ölkələrində baş tutan aksiyalarda İranda baş verən son hadisələrə, dövlət TV kanalında Azərbaycan türklərinin təhqir olunmasına, azərbaycanlıların həbs olunmasına etiraz şüarları səsləndirilib.

“Bu aksiyanı əslində Avropanın bütün ölkələrində, eyni gündə, eyni saatda təşkil etmək istəyirdik. Lakin Parisdə baş verən məlum hadisələrə görə Fransada aksiya keçirmək mümkünsüz oldu. Almaniyada polisdən təhlükəsizlik tədbirlərinə görə izin almaq mümkün olmadı. Hollandiyada aksiyaya Araz Ataxan və Fatima Tulay, Kievdə Elşən Cavadzadə, İsveçrədə Qabil Rzayev təşkilatçılıq etdi. Aksiyalar İran səfirliklərinə təqdim etməklə yekunlaşıb”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG