Accessibility links

İranda narkotiklə bağlı 91 min nəfər tutulub


Əlirza Cəzini
Əlirza Cəzini

Son bir ildə İranda 240 ton müxtəlif narkotik maddələr aşkarlanaraq müsadirə edilib

Son 5 ayda İranda narkotik maddə satdığına və yaydığına görə 91 min nəfər tutulub. “Media forum” saytı xəbər verir ki, bu rəqəmi İranda narkotiklərlə mübarizə aparan qərargah rəhbərinin müavini Əlirza Cəzini açıqlayıb.

Əlirza Cəzini avqustun 24-də jurnalistlərə deyib ki, hazırda İran zindanlarında cəza çəkən məhbusların 75 faizi narkotikə görə tutulub: “Ölkədə narkotik maddələrin geniş yayılması ciddi narahatlığa səbəb olub. Son bir ildə İranda 240 ton müxtəlif narkotik maddələr aşkarlanaraq müsadirə edilib”.

XS
SM
MD
LG