Qarşıdakı seçkilərdə hər bir səs İslam Respublikasına dəstəkdir. Trend agenliyinin məlumatına görə, bu barədə çərşənbə axşamı İran İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamneyi bildirib.
Xamneyi bildirib ki, İran xalqı seçkilərdə yüksək seçici fəallığı göstərməklə öz düşmənlərinə tutarlı cavab verəcək.
O, bu barədə İslam Respublikasının banisi İmam Xomeyninin vəfatının 24-cü ildönümü münasibətilə etdiyi çıxışında bildirib.
Xamneyi bildirib ki, seçkilər xalqın iradəsinin təzahürüdür.
O, həmçinin vurğulayıb ki, xalqın seçkilərdə iştirakı onun İslam Respublikasına olan əminliyini sübut edir.
İranda on birinci prezident seçkiləri 14 iyun 2013-cü ildə baş tutacaq.