Accessibility links

Sənətkarlar Həmədanın tarixi Ekbatan saytında avtopark tikilməsinə etiraz edir


Ekbatan
Ekbatan

Həmədan vilayətində 76 sənətkar və mədəni fəal Midiya mədəniyyətinə aid olan tarixi Ekbatan təpəsinin məhv edilməsinə etiraz bildirib.

Aralarında tanınmış yazarlar və İran kinosunun məşhur aktyorları və rejissorlarının da olduğu 76 sənətkar mövzu ilə bağlı Daxili İşlər Nazirliyinə məktub ünvanlayıb.

ISNA agentliyinin məlumatına görə, məktubda tarixi Ekbatan saytının bir qisminə Həmədan valiliyi tərəfindən asfalt çəkilməsi və onun bir hissəsində avtopark tikilməsinə etiraz bildirilib.

Biz bu qədim şəhərin mədəni irsini sevən vətəndaşlar olaraq şəhərin mədəni irsini qorumaqda öz əsas vəzifələrini anlamayan bacarıqsız müdirlərin cəzalandırılmasını xahiş edirik

Agentliyin xəbərində saytın 450 kvadrat metrinə asfalt çəkildiyi yazılıb.

Sənətkarların məktubunda qeyd edilənlərə görə, valilik Mədəni İrs Təşkilatının məsləhət və razılığını almadan tarixi düşərgənin bir hissəsini məhv edib.

“Biz bu qədim şəhərin mədəni irsini sevən vətəndaşlar olaraq, bu mövzuya diqqət yetirilməsini, tarixi düşərgələrin qorunmasını və bu şəhərin mədəni irsini qorumaqda öz əsas vəzifələrini anlamayan bacarıqsız müdirlərin cəzalandırılmasını xahiş edirik,” deyə sənətkarlar Daxili İşlər Nazirinə müraciət ediblər.

Son illərdə İran Azərbaycanının müxtəlif şəhərlərində tarixi binalar və ərazilərin qorunmasına laqeyd yanaşma və ya dövlət qurumları tərəfindən məhvinə dair xəbərlər yayılmaqdadır.

XS
SM
MD
LG