Accessibility links

İsa Qəmbər: Gerçək addım - parlamentin buraxılması [Video]


İsa Qəmbər: Gerçək addım - parlamentin buraxılması
please wait

No media source currently available

0:00 0:06:51 0:00

İsa Qəmbər: Gerçək addım - parlamentin buraxılması

Müsavat başqanının fikrincə, böhrandan çıxış yolu köklü islahatlardan keçir. Hakimiyyət bu şansı əldən verib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinə video müsahibəsində ölkədəki son durumdan, gələcək perspektivlərdən danışıb.

Sual: Ölkədəki son durumu necə qiymətləndirirsiniz?

Cavab: Hakimiyyət köklü dəyişikliklər etmək şansını demək olar ki, əldən buraxıb. Biz zaman-zaman Müsavat Partiyası, demokratik düşərgə olaraq təklif edirdik ki,
Hakimiyyət köklü dəyişikliklər etmək şansını əldən buraxıb.

parlament buraxılsın və ciddi islahatlara başlansın, “Seçki Məcəlləsi” təkmilləşdirilsin, azadlıqlar genişləndirilsin, ölkədə normal seçkilər keçirilsin.

Hökumət artıq bu şansı əldən verib. Göründüyü kimi ölkədə xalqın narazılığı gündən-günə artır və bu müxtəlif formalarda təzahür edir. Hesab edirəm ki, hakimiyyət təcili surətdə azadlıqların artırılması, insanlara qarşı repressiyalara, təhqiramiz münasibətə son qoyulması istiqamətində konkret işlər görməsə, bu proses seçkilərə qədər də hakimiyyət üçün də aydın bir sonluqla bitə bilər.

Sual: Fikrinizcə hakimiyyət vəziyyətdən çıxış üçün nə etməlidir? Müxalifətlə dialoq təklifləri niyə həyata keçirilmir? Quba, Binə, İsmayıllı hadisələri, sonra nə olacaq?

Cavab: Bu hakimiyyətə veriləcək bir sualdır. Hakimiyyət bu suallara öz əməlləri ilə cavab verib: Dialoqa yox, qarşıdurmaya maraqlıdırlar. Mənim Lənkərana
Siyasi məhbuslar kütləvi şəkildə azad olunmalıdır.

səfərlərimin qarşısı alındı. İsmayıllıya yarım saatlığa getdiklərinə görə Tofiq Yaqublu və İlqar Məmmədov həbs edilib. Nigar Yaqublunun indiyədək həbsdə saxlanması, Quba, Binə, İsmayıllı hadisələri, dini azadlıqlarla bağlı həbsdə olanlar, digər həbslər. Siyasi məhbuslar kütləvi şəkildə azad olunmalıdır və hakimiyyət öz məmurlarına qarşı cəza tədbirlərinə keçməlidir. İnsanları qəzəbləndirən, insanların gözündə bu hakimiyyətin simvoluna çevrilənlər qanun qarşısında cəzalarına çatmalıdır. Əslinə qalsa mənim dediklərim kosmetik addımlardır. Bu, məmurların cəzalandırılmasını mən kosmetik hesab edirəm. Gerçək addım isə parlamentin buraxılması olmalı idi və hakimiyyət ciddi islahatlara başlamalı idi. Düşünürəm ki, hakimiyyət bu şansı əldən verdi.

Sual: Seçkiqabağı situasiyanı, vəziyyəti necə qiymətləndirirsiniz? Prezidentliyə namizədliyə iddialı, Müsavat Partiyasının başqanı İsa Qəmbəri hələ də regionlara buraxmırlar, müxtəlif maneələr yaradırlar. Növbəti aylarda, günlərdə digər regionlara da səfəriniz planlaşdırılırmı?

Cavab: Səfərlər planlaşdırılır və biz səfərlərimizə gedəcəyik. Biz bunu çox önəmli hesab edirik. Həm xalqla görüşmək, onların fikirlərini eşitmək, öz təkliflərimizi
Hakimiyyət müxalifətlə xalqın bütünləşməsindən qorxur.

onlara çatdırmaq baxımından bu önəmlidir. Həm də göründüyü kimi hakimiyyətin ölkədə nə cür vəziyyət yaratdığını, hakimiyyətin siyasətçilərin, ictimai xadimlərin bölgələrə getməsinə imkan vermədiyini, əslində biz hakimiyyətin müxalifətlə xalqın bütünləşməsindən qorxduğunu aydın bir şəkildə ortaya çıxardıq. Bu da görünməli idi. Bu olmayanda hakimiyyət iddia edir ki, ölkədə heç bir problem yoxdur, bütün azadlıqlar mövcuddur. Ancaq, biz konkret addımlarımızla bu azadlıqların mövcud olmadığını və hakimiyyətin xalqdan da, müxalifətdən də, xüsusən müxalifətlə xalqın bütünləşməsində nə dərəcədə qorxduğunu ortaya qoymuş olduq, sübut etmiş olduq. Bizim səfərlərimiz davam edəcək.

Sual: Kortəbii xalq hərəkatlarına gələcəkdə müxalifət rəhbərlik edə bilərmi? Yəni bu kortəbii hərəkatlarla siyasi müxalifət birləşə bilərmi?

Cavab: Demokratik qüvvələr, müxalifət və Müsavat olaraq mübarizənin yalnız dinc
Hökumətin bütün repressiyalarına baxmayaraq bölgələrə səfərlərimiz davam edəcək.

üsullarını qəbul edirik. Hakimiyyətin yanlış siyasəti nəticəsində isə insanlar kortəbii şəkildə üsyanlara qalxırlar. Təbii ki, biz istəyərdik ki, bu proseslər daha mütəşəkkil şəkildə davam etsin. Ancaq bunun belə olmasının günahkarı hakimiyyətdir. Biz xalqla təmaslara üstünlük veririk, çalışırıq bu təmaslar olsun. Elə Tofiq Yaqublunun da, digər ictimai-siyasi xadimlərin də bölgələrə səfəri bununla bağlı idi. Hesab edirəm ki, hakimiyyət bunun qarşısını ala bilməyəcək. Hökumətin bütün repressiyalarına baxmayaraq bölgələrə səfərlərimiz və insanlarımızla birgə hərəkət eləmək istiqamətində addımlarımız davam edəcək.

Sual: Ümumi praktika göstərir ki, seçkiqabağı situasiyalarda vəziyyətin və qanunların liberallaşdırılması üçün beynəlxalq təşkilatların mühüm rolu olub. İndiki vəziyyətdə beynəlxalq təşkilatların rolunu necə görürsünüz? Görünürmü?

Cavab: Keçid mərhələsi adlandırmaq olar. Çünki mən görürəm ki, beynəlxalq
Beynəlxalq təşkilatlar təkcə Azərbaycanda demokratikləşmə baxımından yox, öz nüfuzları baxımından da mövqelərini aydınlaşdırmalıdır.

təşkilatlar bir sıra məsələlərdə prinsipial mövqe nümayiş etdirir. Amma hələlik bu prinsipial münasibətin hakimiyyətə bilavasitə təqdim edilməsi və ya təsir göstərməsi mərhələsinə çatmamışıq. Hesab edirəm ki, beynəlxalq təşkilatlar təkcə Azərbaycanda demokratikləşmə baxımından yox, öz nüfuzları baxımından da mövqelərini aydınlaşdırmalıdır və daha aydın şəkildə hərəkət etməlidirlər.

Sual: Amerikanın Səsinin efiri vasitəsi ilə hökumətə və xalqa çağırışlarınız, sözünüz varmı?

Cavab: Hökumətə mən sözümü demişəm. Təəssüf ki, başa düşmək istəmirlər
Saxta parlamenti buraxılıb ölkədə azad və ədalətli bir parlament seçkisi keçirilməlidir.

və bir daha təkrar edirəm ki, ölkəni böhrandan çıxarmağın yolu köklü islahatlardan keçir. Bunun da birinci addımı bütün siyasi məhbusları azad etmək, mövcud saxta parlamenti buraxıb ölkədə müəyyən qanunvericilik dəyişikliklərindən sonra azad və ədalətli bir parlament seçkisi keçirməkdir. Böhranın həlli yolu buradan başlayır. Kosmetik addımlar atmaq istəyirlərsə, seçkiyə qədər bunu belə davam eləməsində maraqlıdırlarsa, o zaman xalqı qəzəbləndirən məmurları kənarlaşdırmalıdırlar, xalqa qarşı rüşvət, korrupsiya, dərəbəylik faktlarının yaratdığı vəziyyəti aradan qaldırmalıdırlar. Hakimiyyət bunu edə biləcəyinə inanmaq çox çətindir. Ancaq soruşursunuz deyirəm.

Xalqa isə deyəcəyim odur ki, xalq haqlıdır, biz də xalqla bir yerdəyik və xalq öz hüquqlarını daha ciddi şəkildə müdafiə etməyə başlamalıdır. Ayrı-ayrı insanlar,
Bütün məsələlərdə Müsavata, bizlərə güvənə bilərsiniz. Bizim də güvəndiyimiz, etimad göstərdiyimiz öz xalqımızdır, Sizlərsniz.

hətta müxalifət təşkilatları xalqın hüquqlarını müdafiə edəndə hakimiyyət repressiyaları tətbiq edə bilir. Amma bütövlükdə hamımız öz hüquqlarımızı tələb etməyə başlasaq artıq hakimiyyətin xalqa qarşı repressiya etmək imkanları olmayacaq. Ona görə də birlikdə hərəkət etməliyik. Mən Azərbaycanın bütün bölgələrinə görüşlərə gəlmək fikrindəyəm. Tədricən səfərlərimiz davam edəcək və tədricən bütün bölgələrə gələcəm. Bu məsələlərin hamısını birgə dəyərləndirib addım atacağıq. Bütün məsələlərdə Müsavata, bizlərə güvənə bilərsiniz. Bizim də güvəndiyimiz, etimad göstərdiyimiz öz xalqımızdır, Sizlərsniz.
XS
SM
MD
LG