Accessibility links

İŞİD Suriya-Türkiyə sərhədində mövqeləri möhkəmləndirməyə çalışır


İslam Dövləti qrupunun militantları Suriyanın şimalında strateji baxımdan mühüm kürd şəhərlərini ələ keçirməyə cəhd göstərərək, Türkiyə ilə sərhəd bölgəsində mövqelərini möhkəmləndirməyə çalışır.

İŞİD döyüşçülərinin Ayn Əl-Ərəb, eləcə də Kobana adı ilə tanınan şəhərin 10-15 kilometrliyində olduğu haqda məlumat verilir.

İslam Dövləti qrupunun cümə günündən bölgədə şəhərləri ələ keçirməsi nəticəsində 70 min kürd qaçqın Türkiyəyə keçməyə məcbur olub.

Yerli jurnalistlərdən biri Amerikanın Səsinin kürd xidmətinə bildirib ki, çox sayda insan əraziləri tərk edir. Mustafa Əbdinin sözlərinə görə, insanlar Kobane şəhəri ətrafındakı kəndləri artıq tərk edib və İŞİD militantlarının bundan sonra şəhəri ağır silahlarla atəşə tutacağı ilə bağlı qorxular artır.

Kürdüstan Fəhlə partiyası PKK Türkiyədə olan kürdləri Suriya il sərhədi müdafiə etmək üçün silahlanmağa çağırıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, 300 kürd Suriya Kürdlərini Müdafiə birləşmələrinə qoşulmaq üçün Suriya ərazisinə keçib.

Suriyadan qaçqın axını artdıqca Türkiyə təhlükəsizlik qüvvələri keçid məntəqlərini bağlayıb və sərhədin Türkyə tərəfindən toplaşan insanların çəkilməsi üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.

XS
SM
MD
LG