Accessibility links

Ermənistanda işığın da qiyməti ucuzlaşdı


Nümayişçilər Yerevanda elektrik qiymətlərinin qaldırılmasına etiraz edirlər. 1 iyul, 2015.
Nümayişçilər Yerevanda elektrik qiymətlərinin qaldırılmasına etiraz edirlər. 1 iyul, 2015.

Dekabrın 23-də Ermənistanın İctimai Xidmətin Tənzimlənməsi Komissiyasının qərarı ilə, əhali üçün gündüz elektrik enerjisi tarifi 1 kilovatt saat üçün 44,98 dram (cari tarif 1 kilovatt saat üçün 46,2 dram), gecə tarifi – 1 kilovatt saat üçün – 34, 98 dram (cari tarif 1 kilovatt saat üçün 36,3 dram) müəyyən edilib.

Aztəminatlı ailələr üçün gündüz tarif 1 kilovatt saat üçün 40 dram, gecə isə 30 dram müəyyən ediləcək.
Qaregin Baqramyan

AzadlıqRadiosunun erməni xidməti yazır ki, yeni hökumətin təklifi ilə aztəminatlı ailələrə xüsusi tariflər müəyyən ediləcək. Komissiyasının tariflərin idarə edilməsi şöbəsinin rəisi Qareqin Baqryamanın sözlərinə görə, belə ailələr üçün cari tarif 6,2 dram azalacaq.

“Aztəminatlı ailələr üçün gündüz tarif 1 kilovatt saat üçün 40 dram, gecə isə 30 dram müəyyən ediləcək,” o bildirib.

Elektrik qiymətlərinin artırılması Ermənistanda nəhəng etiraz dalğasına yol açmışdı. 28 iyun, 2015.
Elektrik qiymətlərinin artırılması Ermənistanda nəhəng etiraz dalğasına yol açmışdı. 28 iyun, 2015.

2015-ci ilin yayında elektrik qiymətlərinin qalxmasına qarşı Yerevanda başlanan etiraz dalğasına minlərlə adam qoşulmuşdu. Həmin etiraz dalğası əsnasında polis yüzdən çox etirazçını həbs etmişdi.

Bir həftə öncə Ermənistanda yanacaq və qazın da qiyməti endirilib.

Dekabrın 15-də Premium markalı benzinin bir litri 350 dram (0, 70 dollar), Regular markalı benzinin 1 litri 330 dram (0, 68 dollar), dizelin 1 litri isə 320 dram (0, 66 dollar) idi. Hazırda isə bu yanacaqların hər biri 10 dram ucuzlaşıb

XS
SM
MD
LG