Accessibility links

İslam Dövləti qrupu Yaponiya və İordaniya girovlarına təhdidləri yeniləyib


İslam Dövləti qrupu internetdə yerləşdirdiyi video mesajda məhbus mübadiləsi haqda tələblərinin yerinə yetirilmədiyi təqdirdə iki xarici girovun öldürüləcəyi ilə təhdid edib.

Qrupun bəyanatında rəsmi Əmmanın İordaniya rəsmilərinin 2005-ci ildə paytaxtda 60 adamın ölümülə nəticələnmiş hücumda iştirak etdikdən sonra saxladığı Səjidə Əl-Rişavini azad etməsi istənilib.

Yapon jurnalist Kenci Qoto və iordaniyalı pilot Mas Əl-Kasesebehin islam Dövləti qrupu tərəfindən girov saxlanılır.

Yaponiya jurnalistin azad edilməsi üçün İordaniyadan yardım istəyib.

Bazar günü Yaponiyanın Baş naziri Şinzo Abe daha bir yapon girov Haruna Yukavanın edam edilməsini yolverilməz adlandırıb.

Suriya və İraq ərazilərinin üçdə birinə nəzarət edən İslam Dövləti qrupu yapon girovların azad edilməsi üçün 72 saat ərzində 200 milyon dollar ödənmədiyi halda onların edam ediləcəyi ilə hədələmişdi.

XS
SM
MD
LG