Accessibility links

Marsa missiya İsrail səhrasında imitasiya edilib


Marsa missiya İsrail səhrasında imitasiya edilib
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Marsa missiya İsrail səhrasında imitasiya edilib

İsrailin Negev səhrasındakı Ramon Kraterinin qırmızı və sarı qayalıqları Marsın səthi ilə müqayisə edilir. İndi insanların Marsa səyahətini reallaşdırmağa çalışan elm adamları təcrübələr üçün səhranın dərinliklərindəki mənzərədən istifadə edir. Dünyanın müxtəlif ölkələrindən olan altı astronavt bu yaxınlarda bir ay ərzində Marsa missiyanı imitasiya edərək, kosmik gəmiyə bənzəyən xüsusi yaşayış mühitində qalıb, elmi təcrübələr aparıb və qırmızı planeti xatırladan ərazini tədqiq edib.

30 günlük təcriddən sonra ilk dəfə olaraq altı beynəlxalq astronavt öz kosmik stansiyalarından qoruyucu skafandrlar olmadan çıxıb. Onlar İsrailin qırmızı səhra ərazisinin Marsı xatırladan Ramon Kraterində imitasiya edilmiş missiyanı yeni tamamlayıb. Almaniya astronavtı Anika Mehlis “Səhər yuxudan duranda kiçik pəncərələrdən baxanda bu qırmızı mənzərəni görürsən. Orada heç kim yoxdur, çölə çıxa bilmirsən. Özünüzü həqiqətən təcrid olunmuş və həqiqətən uzaq hiss etməyə başlayırsınız. Sonra kostyumda kənara çıxanda və nəfəsinizi, tənəffüsünüzü, ünsiyyətinizi eşitdiyiniz zaman həqiqətən reallıqda olduğunuzu hiss edirsiniz. Əlbəttə ki, sən Marsda olmadığını bilirsən, amma bunun necə olacağını həqiqətən təsəvvür edə bilirsən."

Avstriya Kosmik Forumunun maliyyələşdirdiyi və İsrail Kosmik Agentliyinin ev sahibliyi etdiyi Amadee-20 missiyası 20-dən çox elmi təcrübəni əhatə edib. Astronavtlar 50 kiloqram ağırlığında skafandrlarda ərazinin tədqiqi üzrə məşq ediblər. Lakin astronavtlar tualet kimi işləri də həll etməli idilər. Missiyanın komandiri Yoao Lusada: “Məsələn, tualetlə bağlı bəzi texniki problemlərimiz var idi ki, onu həll etməliyik. Çünki bizdə olan budur və Marsda da belə olardı. Problemlərinizi özünüz həll etməlisiniz. Siz bir növ özbaşınasınız. Marsa tualet də gətirmək asan deyil”.

Avstriya Kosmik Forumunun direktoru Gernot Qromer astronavtları tərifləyir və deyir ki, Marsda gəzən ilk insan artıq doğulub. "Mənim arxamdakı gəmi bu insanlar üçün planetdəki ən müasir, ən mürəkkəb Mars stansiyasıdır. Bu gəmi hələ həyata keçirilməmiş səyahətdə ilk addım olacaq."

Onun sözlərinə görə, bu missiya Marsa səyahəti heç vaxt olmadığı qədər yaxınlaşdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG