Accessibility links

Fələstinli nazir etiraz aksiyası zamanı həlak olub


Fələstinin kabinetinin nazirlərindən biri İordan çayının Qərb sahilində etiraz aksiyası zamanı İsrail qüvvələri ilə qarşıdurmadan sonra həyatını itirib.

Ziyad Əbu Ayn Turmus Aya ərazisində baş vermiş qarşıdurmadan sonra dünyasını dəyişib.

Şahidlər bildirir ki, İsrail qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və onların silahların qundağı ilə vurub.

Fələstin prezidenti Mahmud Abbas insidenti qəddar hücum kimi qiymətləndirərək barbarlıq aktı adlandırıb.

Cənab Abbas istintaq başa çatdıqdan sonra lazımı ölçülərin götürüləcəyini deyib.

İsrail hökuməti hadisə ilə bağlı açıqlama verilməyib.

XS
SM
MD
LG