Accessibility links

AzadlıqRadiosunun əməkdaşı prokuoroluqda ifadə verib


Kamran Mahmudov
Kamran Mahmudov

Noyabrın 15-də AzadlıqRadiosunun əməkdaşı Kamran Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verib. Bu barədə AzadlıqRadiosu məlumat yayıb.

Kamran Mahmudovun bildirdiyinə görə, dindirmə bir neçə saat çəkib:

“QHT işi ilə bağlı dindirildim. Onları maraqlandıran suallara cavab verdim. İstintaq sirri olması ilə bağlı iltizam alındığından bu haqda geniş məlumat verə bilmirəm”.

Mayda Baş Prokurorluq bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işinə başlayıb. Həmin vaxtdan 20-yə yaxın yerli və xarici QHT-nin hesabına həbs qoyulub. Bu QHT-lərin bəzilərində vergi yoxlamaları aparılır.

Yerli fəallar bunu müstəqil vətəndaş cəmiyyəti institutlarının aradan qaldırılması məqsədilə hakimiyyətin təzyiqi kimi qiymətləndirirlər.

XS
SM
MD
LG