Accessibility links

HRW: Xarici donorlara qarşı əsaslandırılmamış cinayət işləri dayandırılsın


Human Rights Watch
Human Rights Watch

Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü (EİTİ) oktyabrın 14-15-də Birmada keçiriləcək iclasında Azərbaycanın üzvlük məsələsinə baxacaq

Azərbaycanda müstəqil QHT-lərə maliyyəni məhdudlaşdıran yeni qanunvericilik dəyişiklikləri onların fəaliyyətini mümkünsüz edir.

Bu barədə Human Rights Watch təşkilatının yaydığı bəyanatda deyilir.

Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsü (EİTİ) oktyabrın 14-15-də Birmada keçiriləcək iclasında Azərbaycanın üzvlük məsələsinə baxacaq.

Bu beynəlxalq koalisiyada iştirak edən ölkələr fundamental azadlıqlara hörmətlə yanaşmalıdırlar, o cümlədən QHT-lərin fəaliyyəti üçün şərait yaratmalıdırlar.

“EİTİ rəhbərliyi Azərbaycanı qurumdan müvəqqəti uzaqlaşdırmalı və üzvlüyün bərpası üçün hansı işlərin görülməli olduğunu aydın şəkildə bildirməlidir. Azərbaycanın müstəqil QHT-ləri əzməyə yönəlmiş son addımı göstərir ki, bu ölkə insan haqları və beynəlxalq şəffaflıq öhdəliklərinə məhəl qoymur”, - Human Rights Watch təşkilatının biznes və insan haqları üzrə tədqiqatçısı Lisa Misol deyib.

Human Rights Watch hesab edir ki, EİTİ Azərbaycan hökuməti xüsusilə aşağıdakıları tələb etməldir:

- Xaricdən maliyyələşən layihələrin qarşısını alacaq qanunvericilik təklifləri qəbul olunmasın;

- QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə dəyişikliklər olunsun, Avropa Şurasının tövsiyələri nəzərə alınsın, qeydiyyat və hesabatlılıqla bağlı aşırı prosedurlar sadələşdirilsin;

-Xarici donorlara qarşı əsaslandırılmamış cinayət işləri dayandırılsın;

- Beynəlxalq donorların müdaxiləsiz işinə icazə verilsin, Azərbaycanda filial qeydiyyatını çətinləşdirəcək məhdudiyyətlər qəbul olunmasın;

- Müstəqil qurumlar və fəalların qorxudulmasına, vergi və digər yoxlamalara son qoyulsun, bank hesablarına həbs götürülsün;

- QHT-lərin Azərbaycan ərazisini gəzib təlim sessiyaları və digər fəaliyyət təşkil etməsinə, eləcə də xaricə səfərlərinə icazə verilsin;

- Fəal vətəndaş iştirakı və EİTİ –yə dair ictimai debata imkan yaradan mühit yaradılsın. Hökumət jurnalistin azad işləməsinə icazə versin. Buraya EİTİ məlumatlarının hazırlanması və təhlili də daxildir;

- Vətəndaş fəaliyyəti və hüquqlar qorunsun, müstəqil qrupları və fiqurları qoruyan vəkil və fəalların hədəfə alınması dayandırılsın.

Human Rights Watch-un biznes və insan haqları üzrə böyük tədqiqatçısı Lisa Misol deyir:

“Bu qlobal şəffaflıq işi nüfuzunu saxlamaq istəyirsə, Azərbaycan hökumətinin vətəndaş cəmiyyətini məhv etməsinə icazə verilə bilməz. MSŞT liderləri Azərbaycana dərhal təsir göstərməlidir ki, təzyiqi dayandırsın. Təşəbbüsün qaydalarına uyğun olaraq xüsusi dəyişikliklər tələb olunmalıdır”

XS
SM
MD
LG