Accessibility links

Məhəmməd Peyğəmbərə çəkilmiş karikaturalar təkrar zorakılıqlara yol açıb


Parisdə Fransanın satirik Charlie Hebdo qəzetinə hücum Məhəmməd Peyğəmbərin qəzəb doğuran karikatularını dərc edən Qərb mətbuat orqanlarını hədəf alan hücumlar silsiləsində sonuncusudur.

Qarşıdurma on il bundan əvvəl Danimarkanın Yullands-Posten qəzeti Məhəmməd Peyğəmbərin 12 karikaturasını dərc etdiyi vaxt başlamışdır. Dünyanın digər ölkələrində qəzet və jurnallarının səhifələrində də bu karikaturalar dərc etmişdi. Bundan bir neçə ay sonra müsəlman ölkələrində karikaturaların dərc olunması haqda xəbərlər zorakılıqlara yol açmış və hadisələrdə 200-dən çox insan həyatını itirmişdi.

Parisin həftəlik Charlie Hebdo qəzeti və onun qətlə yetirilmiş redaktoru Stefani Şarbonniyer ifadə azadlığının çərçivələrini sınaqdan keçirən karikatura və məqalələrin önündə gedirdi. Lakin bir sıra müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin karikaturaları və islama aid həcvlərə qəzəbli reaksiyalar verilmişdir.

Charlie Hebdo qəzeti Danimarkada çəkilmiş karikaturaları öz səhifələrində dərc etmişdi və öz nüsxələrindən birinə Şəriət Hebdo adını verərək, Məhəmməd Peyğəmbəri onun redaktoru kimi göstərmişdi. Lakin qəzetin bu nüsxəsində eyni zamanda, Roma katolik kilsəsində seksual qalmaqallara toxunulur və bəzi siyasətçilər haqda “tikanlı ifadələr” işlənmişdi.

Vaşinqtonda ABŞ prezidenti Barak Obama Parisdə hücumu kəskin qınayıb. Lakin 2012-ci ildə Ağ Ev Məhəmməd Peyğəmbərin çılpaq təsvir edildiyi karikaturaya toxunmuşdu. Ağ Evin o zaman mətbuat katibi Cey Karni demişdi ki, ABŞ karikaturanın dərc edilməsi hüququnu sual etmir, lakin onun dərc edilməsi qərarının verilməsi ilə bağlı sual qaldırır.

2011-ci ildə Şəriət Hebdo dərc ediləndən sonra müsəlman qruplar qəzeti irqçilikdə ittiham etmiş və onun ofisinə bomba atmışdı. Lakin qəzet özünü irqçilik ittihamlarına qarşı uğurla müdafiə edib, Fransa qanunlarına əsasən söz azadlığından və dövlətin kilsədən ayrı olduğu ölkədə dini tənqid etmək azadlığından istifadə edib.

Qəzetin redaktoru Stefan Şarbonniyer üç il bundan əvvəl verdiyi müsahibədə ənənəpərəst katolik xristianların tənqid edildiyi zaman buna reaksiya verilmədiyini, lakin müsəlmanlara satiralardan sonra hücuma məruz qaldığını demişdi. “Bu, yeni qanundur, amma biz buna əməl etməyəcəyik”-deyə o bildirmişdi. Şarbonniyer hətta ödürüldüyü gün Charlie Hebdo İslam Dövləti qrupunun lideri Əbu Bəkr Bağdadinin yeni ildə xeyirxah personaj kimi göstərildiyi karikatura dərc etmişdi.

İsveç karikatura ustası Lars Vilks 2007-ci ildə Məhəmməd Peyğəmbərin karikaturasını çəkdiyinə görə qətl cəhdinin hədəfi olmuşdu. 2010-cu ildə isə o, Məhəmməd Peyğəmbərin homoseksuallar üçün bara daxil olmasını göstərən İran filmini nümayiş etdirdiyinə görə hücuma məruz qalmışdı.

Parisdə hücumdan sonra Yullands-Posten qəzeti işçilərinə Kopenhagen və Danimarkanın başqa şəhərlərdə ofislərdə təhlükəsizlik tədbirlərini gücləndirdiyini bildirib.

XS
SM
MD
LG