Accessibility links

Kerri və Lavrov Ukraynada vəziyyəti müzakirə etmək üçün yenidən görüşür


ABŞ və Rusiyanın baş diplomatları Ukraynada gərginliyin azaldılmasına nail olmaq məqsədilə Romada yenidən görüşür. Lakin ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüşün bu dəfə ABŞ-ın Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılara qarşı mübarizədə rəsmi Kiyevə hərbi yardımını nəzərdə tutan qanun layihəsinə görə daha mürəkkəb şəraitdə keçəcəyi gözlənilir.

Ukraynanın şərqində keçən həftə yeni atəşkəsdən sonra döyüşlərin azaldığı müşahidə edilir.

Lakin ABŞ Konqresinin Ukraynaya hərbi yardım ayrılmasına çağıran qanun layihəsini təsdiq etməsi Kerri-Lavrov danışıqlarında yeni mübahisələrə səbəb ola bilər. Qanun layihəsində Moskvaya qarşı daha ağır sanksiyalara çağırılır və Ukrayna hərbi qüvvələrinə 350 milyon dollarlıq hərbi texnika göndərilməsi nəzərdə tutulur.

ABŞ prezidenti Barak Obama hələlik qanun layihəsini imza atmayıb və Ukraynaya birbaşa hərbi yardım ayrılmasına meylli olmadığını nümayiş etdirib. ABŞ Dövlət Departamenti silah göndərilməsi planlarının olmadığını və zirehli gödəkçələr və rabitə avadanlığı kimi qeyri-hərbi yardımdan əlavə başqa yardımın nəzərdə tutulmadığını bildirib.

ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında Romada görüş zamanı həmçinin BMT-də Fələstin dövlətinin yaradılmasına çağıran müxtəlif təkliflər daxil olmaqla Yaxın Şərqdə vəziyyət də müzakirə ediləcək.

XS
SM
MD
LG