Accessibility links

İraq peşmərgələri İŞİD-ə qarşı döyüşlərə qatılmaq üçün Kobaniyə yollanıb


İraqın peşmərgə döyüşçüləri İslam Dövləti qrupunun yaraqlılarına qarşı döyüşən kürdlərə kömək etmək üçün Suriyada Kobaniyə yollanıb.

Kürd rəsmilər artilleriya və pulemyotlarla silahlanmış 80 döyüşçünün çərşənbə axşamı təyyarə iləTürkiyəyə uçacağını və oradan sərhədi keçərək Kobanidə döyüşlərə qoşulacağını bildiriblər. Daha 72 döyüşçünün çərşənbə günü Kobaniyə gələcəyi gözlənilir.

Türkiyənin Xarici İşlər naziri Mevlut Çavuşoğlu peşmərgə döyüşçülərinin Kobanidə əməliyyatlara dərhal qoşula biləcəyini deyib.

Türkiyə Suriya kürdlərinin fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası ilə əlaqəsi olduğunu deyərək, Kobanidə münaqişəyə öz əsgərlərini göndərməkdən imtina edir.

Kobaninin özündə ABŞ hava qüvvələri tərəfindən İslam Dövləti qrupunun mövqelərinə qarşı dörd hücum, İraqda isə cihadçılara qarşı doqquz hücum həyata keçirilib.

XS
SM
MD
LG