Accessibility links

Azərbaycanda korrupsiyanın səviyyəsi aşağı düşübmü? [Qubad İbadoğlu ilə müsahibə]


Azərbaycanda korrupsiya azalıb? (Qubad İbadoğlu ilə müsahibə)
please wait

No media source currently available

0:00 0:06:16 0:00

Azərbaycanda korrupsiya azalıb? (Qubad İbadoğlu ilə müsahibə)

Ekspert buna inanmır. Onun fikrincə, dövlət büdcəsinə ictimai nəzarət azalıb, gizli iqtisadiyyat artan ölkədə korrupsiya azala bilməz

Beynəlxalq Transparency İnternational təşkilatı dünyada korrupsiyanın vəziyyəti haqqında illik “Korrupsiya barometri-2013” hesabatını yayıb.

Bu geniş araşdırmada dünyadakı təmayüllər əksini tapıb və ciddi böhranlar yaşamış ölkələrdə vəziyyətin və korrupsiyanın bu proseslərə təsirinin təhlili verilib.

Əvvəlki illərlə müqayisədə, hazırki məruzədə ölkələrin korrupsiya səviyyəsini əks etdirən ümumi reytinqi yoxdur. Eyni zamanda, hesabatda vətəndaşlar arasında korrupsiya problemi ilə bağlı rəy sorğusunun yekunları təqdim edilib.

Azərbaycana gəlincə, rəyi soruşulanların 32%-i hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi əvvəlki kimi yüksək olaraq qalıb; 37% korrupsiyanı ciddi problem hesab edir; 49% hesab edir ki, hakimiyyət bu problemə qarşı fəal mübarizə aparır.

28% hesab edir ki, siyasi partiyalar korrupsiyaya yoluxub; 29% hesab edir ki, ölkə parlamenti və Silahlı Qüvvələri korrupsiyaya uğrayıb; 26% QHT-ləri, 27% isə Azərbaycan KİV-lərini korrupsiyaya uğramış hesab edir.

26% dini qurumları, 35% biznes sahəsini; 37% təhsil sahəsini; 42% hüquq sistemini, 44% səhiyyə sistemini, 41% polisi, 37% dövlət qulluğu sahəsini korrupsiyaya uğramış hesab edir.
Bu zaman rəyi soruşulanların 70%-i hakimiyyətin korrupsiyaya qarşı mübarizə səylərindən razıdır, 30% isə razı deyil.

İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində bildirib ki, hesabatda Azərbaycanın yerinin harada olduğunu görmək çətindir. Burada sadəcə ayrı-ayrı ölkələrdə keçirilmiş sorğuların nəticələri ilə bağlı qruplaşmalar var.

“Hesabatda Azərbaycanın korrupsiya barometri ilə bağlı 2012-ci ildə keçirilmiş sorğu ilə müqayisə var. 2012-ci illə müqayisədə Azərbaycanda korrupsiyanın səviyyəsində azalma qeydə alınıb. Bu sorğunun gəldiyi qənaətdir. Əslində isə Azərbaycan Beynəlxalq Şəffaflıq Cəmiyyətinin 2012-ci il indeksinə görə dünyanın 176 dövləti arasında ən çox korrupsiyalaşmış 139-cu ölkəsidir”.

2013-cü il sorğusunda göstərilir ki, özəl sektorda, dini sahədə, mediada korrupsiya artıb, dövlət sektorunda azalıb.

Bu təzaddır.
Çünki özəl sektor əslində hökumət sektoru ilə əlaqədədir. Özəl sektorda korrupsiya artıbsa, deməli hökumət sektorunda da artmalıdır. Azərbaycanda özəl sektor inhisara alınıb, QHT və medianın bu sektora nəzarət etməsi mümkün deyil. Amma dövlət orqanları bu strukturlarda qanunsuz yoxlamalar aparır”, Qubad İbadoğlu qeyd edib.

Digər təzad isə odur ki, dünyada korrupsiyanın səviyyəsi artdığı halda Azərbaycanda azalıb.

Onun fikrincə, dini sektorla, media və özəl sektorla müqayisədə dövlət sektorunda korrupsiyanın səviyyəsinin
Azərbaycanın dövlət orqanları əvvəlki illərlə müqayisədə büdcəyə daha çox nəzarət edir.
aşağı olmasını demək və əhalini buna inandırmaq da çətindir.

“Azərbaycanın dövlət orqanları əvvəlki illərlə müqayisədə büdcəyə daha çox nəzarət edir. Dövlət büdcəsi 20 milyard manat təşkil edir. Əgər büdcədən informasiya çıxışı imkanları getdikcə çətinləşirsə, hesabatlılıq yoxdursa, şəffaflıq aşağıdırsa, parlament bu prosesdə iştirak etmirsə, deməli dövlət orqanları büdcə vəsaitinin mənimsənilməsində daha çox iştirak edir. Təsəvvür edin ki, 2012-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat bu ilin mayında parlamentdə müzakirəsiz qəbul edildi. Sadəcə deputatların münasibətini belə öyrənmədilər. Təsdiq etdilər”, ekspert bildirib.

2012-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat bu ilin mayında parlamentdə müzakirəsiz qəbul edildi.
Qanunvericiliyə görə, dövlət məmurları və onların ailə üzvləri biznes fəaliyyəti ilə məşğul ola bilməz.

“Nəzərə almaq lazımdır ki, Azərbaycanda dövlət məmurlarının və onun ailə üzvlərinin gəlirləri, əmlakı, maliyyəsi ilə bağlı bəyannamə tərtib olunmur. Belə olan halda dövlət məmurlarının və ailə üzvlərinin biznes layihələrində iştirakı da mümkündür”, Qubad İbadoğlu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG