Accessibility links

Əli Kərimli: Milli Şuranın namizədinin qeydə alınmaması alternativsiz seçki demək olar (Video-müsahibə)


Əli Kərimli: Milli Şuranın namizədinin qeydə alınmaması alternativsiz seçki demək olar
please wait

No media source currently available

0:00 0:09:10 0:00

AXCP sədri güc strukturalrının iqtidar partiyasının repressiya alətinə çevrildiyini bildirib. Ə.Kərimli Amerikanın Səsinə müsahibəsində Milli Şura ilə bağlı maraqlı məqamlara da aydınlıq gətirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli iyunun 20-də RATİ-nin Media Mərkəzində keçirdiyi mətbuat konfransında əsasən son aylarda AXCP-nin rayonlarda keçirdiyi konfransların dağıdılması və fəallara qarşı fiziki təzyiqlər, onların mülkiyyətinə ziyan vurulması və həbslərdən danışıb.

Onun sözlərinə görə, AXCP-çilərə fiziki təzyiqlər, onların mülkiyyətinin dağıdılması ya polisin iştirakı, ya da müşahidəsi ilə baş verir. Son bir neçə ayda AXCP 30-dək rayonda konfranslar keçirib. Onlardan 7-də fəallara fiziki hücum olub, əmlakları dağıdılıb.

“Bu, hökumətin sistemli repressiya fəaliyyətidir. Təsadüflər təkrar olunmur”, deyə o qeyd edib.

Bu, hökumətin sistemli repressiya fəaliyyətidir. Təsadüflər təkrar olunmur.
Ə.Kərimli AXCP-nin tədbirlərinin fəalların evlərində keçirildiyini və İlham Əliyev hökumətinin bundan da qorxduğunu diqqətə çatdırıb.

“Son 7 ildə AXCP-nin mərkəzi qərargahı yoxdur. İqtidar hətta ofis kirayələməyə imkan vermir. Amma Yeni Azərbaycan Partiyası bütün rayonlarda rüşvət və korrupsiya pulları hesabına keçmiş Kommunist Partiyalarının ofislərindən də dəbdəbəli qərargahlar tikdirir”.

AXCP sədri Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Yeni Azərbaycan Partiyasına media vasitəsi ilə müraciət ünvanlayıb.

“Yetər ki, güc orqanları bir siyasi partiyaya xidmət etsin. Polis YAP-ın repressiya alətinə çevrilib. Prokurorluq qanunun aliliyinə nəzarət etməlidir. Respublika Prokurorluğu AXCP üzvlərinə, onların mülkiyyətinə qarşı edilən cinayətlərə göz
Yetər ki, güc orqanları bir siyasi partiyaya xidmət etsin.
yummamılıdır. Nəhayət, YAP bizim hakimiyyətin dövründə yaranıb. Başqasına qarşı edilənlərə biganə qalmayın. Bir gün YAP da müxalifət olacaq. Heç bir hakimiyyət daimi olmayıb. Müxalifətə gələcəyin hakimiyyəti kimi baxın”, deyə o müraciət edib.

Ə.Kərimli Azərbaycan hakimiyyətini imitasiya siyasətinə son qoymağa çağırıb.

“Bir tərəfdən milyonlarla vəsait sərf edib tədbirlər keçirib ölkənin tolerant olduğunu nümayiş etdirirlər. Digər tərəfdən isə siyasi opponentlərinə divan tuturlar. YAP “Buta Palace”da təntənəli qurultay keçirdiyi vaxtda AXCP fəallarına divan tuturdu”, deyə o qeyd edib.

YAP “Buta Palace”da təntənəli qurultay keçirdiyi vaxtda AXCP fəallarına divan tuturdu.
Kərimli eyni zamanda müxalifətin vahid qüvvələrinin Milli Şurada birləşdiyini və vahid namizədlə seçkilərə getdiyini xatırladıb. O, digər müxalifət qüvvələrini də rayonlarda təşkilatlanmağa çağırıb.

“Bizi repressiyalar qorxutmur. Partiya üzvlərinə repressiyalar, mülkiyyətlərinin dağıdılmasına baxmayaraq, rayonlarda konfranslarımızı davam etdiririk və bundan sonra da davam etdirəcəyik. Bütün siyasi partiyaları təşkilatlanmağa çağırıram”.

O hesab edir ki, Milli Şura tezliklə bütün xalqın dəstəyinə nail olacaq.

“Milli Şuranın vahid namizədi keçid dövrünün vahid siyasi qüvvəsinə çevriləcək”, deyə Kərimli bildirib.

AXCP sədri “Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınmaması, ölkəyə buraxılmaması təqdirində Milli Şuranın ehtiyat namizədi olacaqmı?”, sualının cavabında deyib ki, Mili Şuranın vahid namizədinin qeydə alınmaması alternativsiz seçki demək olar.

Mili Şuranın vahid namizədinin qeydə alınmaması alternativsiz seçki demək olar.
Kərimli həmçinin siyasi həbslərə toxunub. Ölkədə hazırda 80-dən çox siyasi məhbus var. Milli Hərəkatın veteranlarından olan Qurban Məmmədov 3-cü dəfə siyasi həbsə atılıb.

“Onun həbsi Azərbaycan hökumətini ifşa edən çıxışları ilə bağlıdır. Bütün siyasi məhbuslar hər gün müdafiəsini hiss etməlidir. Bu potensial siyasi məhbusları da mübarizəyə ruhlandırır”, deyə AXCP sədri bildirib.

O, bir sıra beynəlxalq təşkilatların, bəzi dövlətlərin Azərbaycanla bağlı fərqli bəyanatlarına toxunub.

“Sosial şəbəkələr avtoritar rejimlərlə yanaşı diplomatların da fəaliyyətini aşkar edir. Yəqin ki, bir sıra dövlətlər diplomatlarının sonradan Azərbaycan Dövlət Neft Şirkətində işləməsini qadağan edən sənəd imzalayacaq”, deyə o, Amerikanın
Yəqin ki, bir sıra dövlətlər diplomatlarının sonradan Azərbaycan Dövlət Neft Şirkətində işləməsini qadağan edən sənəd imzalayacaq.
Azərbaycandakı səfirindən sonra Türkiyənin sabiq səfirinin də ARDNŞ-nin strukturlarında işə qəbul edilməsini nümunə göstərib.

Milli Şura vahid namizəd məsələsindən öncə keçid dövrünün islahatlarını və vahid namizədin səlahiyyətlərini nəzərdə tutan sənəd qəbul edəcək.

AXCP sədri Amerikanın Səsinə müsahibəsində də güc strukturlarına, YAP-a müraciətini bir daha xatırladıb. O Milli Şuranın komitələrinin yaradılacağını və bir sıra maraqlı məqamları diqqətə gətirib.

Müsahibədən seçmələr:

Görünür bunu da öz kövrək sabitlikləri üçün təhlükə hesab edirlər.
- Görünür, hökumət indi çox narahatdır. Açıq demək lazımdır ki, bizim əvvəlki illərdə evlərdə keçirdiyimiz tədbirlərə mane olunmurdu. Son aylarda cəbhəçilərin evində bir neçə nəfər toplananda belə fiziki basqılar olur. Görünür bunu da öz kövrək sabitlikləri üçün təhlükə hesab edirlər.

- Son iki həftədə dörd rayonda gənclər komitəsinin yaranmasının qarşısını polis zorakılığı ilə alıblar.

- Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyevin çıxışından da göründü ki, bu aqressiv siyasət əslində dövlət başçısının özündən yönəldilir. əslində yerlərdə müxalifətə qarşı aqressiv siyasəti həyata keçirənlər elə dövlət
Birbaşa İlham Əliyevin sanksiyalaşdırdığı bir siyasətdir.
başçısısnın özü tərəfindən təlimatlandırılır. Onun leksikonuna, müxalifət haqqında dediklərinə fikir versəniz, o zaman başa düşmək olar ki, bu yerli icra başçıslarının, hansısa məmurların, polislərin özfəaliyyəti deyil. Birbaşa İlham Əliyevin sanksiyalaşdırdığı bir siyasətdir. Müxalifətə qarşı repressiyaları sərtləşdirmək, hər cür özgəfikirliliyi əzmək rəsmi dövlət siyasətidir.

- Münasibətləri sərtləşdirmək başqa ölkələrdə uğur gətirməyib. Azərbaycan hökuməti də bunu anlamalıdır. Münasibətləri daha da sərtləşdirməyə heç də ehtiyac yoxdur. Çünki sonda hökumətin özü də bu qarşıdurmalardan zərər çəkmiş halına düşə bilər.

- Hökumət riyakar, ikiüzlü siyasət aparmamalıdır. Bir tərəfdən böyük pullar
Hökumət riyakar, ikiüzlü siyasət aparmamalıdır
bahasına başa gələn böyük tolerantlıq konfransları keçirib, dünya birliyinə özünü sivil, mədəni, tolerant bir siyasi qüvvə kimi təqdim edir, digər tərəfdə isə öz daxili siyasətində rəqiblərinə divan tutur, ciblərinə narkotik atır, silah qoyur, həbs etdirir, evlərinə girir, onlara qarşı olmazın zorakılıq edir, əmlaklarını dağıdır. Bu siyasətlə xalqı aldadacaqlarını düşünürlərsə yanılırlar. İkili siyasətdən, tolerantlıq maskası altında həyata keçirlən siyasətdən imtina etmək lazımdır.

- Zorakılıq və repressiyalar indiyədək heç bir avtoritar rejimi xilas edə bilməyib. Əksinə təbiətdə olduğu kimi cəmiyyətdə də təsirin əks təsirə bərabər olması haqqında qanun işləyir. Hətta bizim tərəfdən müstəsna olsa da, dinc vasitələrlə
Zorakılıq və repressiyalar indiyədək heç bir avtoritar rejimi xilas edə bilməyib.
mübarizə davam etdirilsə də, elə qüvvələr ortaya çıxa bilər ki, hökumətin zorakılığına zorakılıqla cavab verər. Ölkədə sabitlik pozula bilər, qarşudurma yaranar.Ona görə xalqla güc yolu ilə, zorakılıqla siyasət aparmaq səhvdir.

- Hökuməti nə qədər ki gec deyil, nə qədər ki hökumətlə xalq arasındakı qarşıdurma daha da ciddi, sərt dalğaya qədəm qoymayıb, bu siyasətdən imtina etməyə, sivil olmağa, hüquqa hörmət etməyə şağırıram.

- Hesab edirəm ki, hökumər Rüstəm bəyin namizədliyinə maneələrin olacağı barədə söhbətləri məqsədli şəkildə dövriyəyə buraxır. Milli Şurada çox tanınmış ciddi hüquqşünaslar təmsil olunur. Onlar bizim vahid namizədimizin qeydiyyata alınması üçün bütün müvafiq sənədləri hazırlayacaqlar. Hökumət zorakılıqla, qaninsuz şəkildə istənilən şəxsin qeydiyyatından imtina edə bilər. Necə ki, 8 ildir
Hökumət zorakılıqla, qaninsuz şəkildə istənilən şəxsin qeydiyyatından imtina edə bilər.
mənə pasport vermirlər, onun da bir əsası yoxdur ki... İstənilən halda səbəbsiz və bəhanəsiz olaraq istənilən şəxsin qeydiyyatından hökumət imtina edə bilər. Necə ki, 2010-cu il parlament seçkilərində müxalifət tərəfindən irəli sürülmüş namizdələrin yalnız 3-də biri qeydiyyata alındı.

- Rüstəm İbrahimbəyovun namizədliyini qeydiyyata almasalar, bu o demək olar ki, hökumət seçkini ləğv etmək istəyir. Əgər ölkənin bütün tanınmış strukturlaşmış partiyaları, vətəndaş cəmiyyətləri, gənclər hərəkatları, inanclı kəsimi bir araya gəlib vahid namizəd irəli sürəcəksə hökumət ciddi bir səbəb olmadan o namizədi qeydə almayacaqsa, bu əslində seçkilərin ləğv olunması anlamıdır. İlham Əliyev cəsarət etməz ki bu qədər qeyri-legitimliyi bariz olan,
Onsuz da onun üçüncü dəfə prezidentliyə namizəd olması qeyri-qanunidir, çox qeyri-populyar addımdır.
açıq-aydın olan bir seçki saxtakarlığına getsin. Onsuz da onun üçüncü dəfə prezidentliyə namizəd olması qeyri-qanunidir, çox qeyri-populyar addımdır. Beynəlxalq aləm tərəfindən də birmənalı qarşılanmır. Təkcə Venesiya komissiyasının rəyini xatırlasaq bu kifayət edər. Belə bir vəziyyətdə üstəlik də alternativsiz seçki keçirmək, Azərbaycanın birləşmiş müxalifətinin namizədini seçkiyə buraxmamaq, bu əslində seçkini ləğv eləməyə bərabər bir situasiyadır. Ümid edirəm ki, hökumət buna getməyəcək.

- Əvvəlcə Milli Şurada müvafiq sənəd imzalanacaq. Sənəddə Milli Şuranın vahid namizədindən tələblər nizamlanacaq. Normativ bir sənəd olacaq. Milli Şura ilə onun müdafiə edəcəyi vahid namizədin münasibətləri tənzimlənəcək. Keçid dövründə vahid namizədin qarşısına qoyulan vəzifələr müəyyənləşəcək. Bu
Milli Şura ilə onun müdafiə edəcəyi vahid namizədin münasibətləri tənzimlənəcək.
konkret olaraq Rüstəm bəy üçün deyil, hər kim vahid namizəd olacaqsa potensial namizəddən Milli Şuranın istəkləri sənəddə əksini tapacaq. Sonra ümid edirəm ki, Rüstəm bəy gələcək biz onunla müəyyən müzakirələr keçirəcəyik. Milli Şura namizədi elan etmək konsensusuna gələndə isə o zaman Rüstəm bəy vahid namizəd olmaq üçün ən şanslı namizəddir. Hesab edirəm ki, Milli Şurada onun namizədliyini dəstəkləmək çətin olmayacaq.

- Sabah Milli Şuranın sessiyası komissiyaları formalaşmasına, təşkilatlanmaya və fəaliyyətinin tənzimlənməsinə həsr olunacaq.

Öz növbəsində, iqtidar rəsmiləri bir qayda olaraq ölkənin qanularla idarə edildiyini bəyan edib. Rəsmilər bildirir ki, insanlar siyasi fəaliyyətinə, fikirlərinə görə deyil, əməllərinə gösə qanun qarşısında cavab verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG