Accessibility links

Millət vəkili: Ruhani hökümətinin Urmiyə gölünü canlandırmaq vədi yalan idi


Urmiyə Gölü
Urmiyə Gölü

İranın sabiq prezidenti Həsən Ruhani, hökumətinin Urmiyə gölünü canlandırmaq yönündə həyata keçirdiyi fəaliyyətlərin uğurlu nəticələndiyini irəli sürmüşdü. Amma, Urmiyə millət vəkili Seyyid Salman Zakir bu iddianın yalandan başqa bir şey olmadığını ifadə edib.

Yarı rəsmi Fars xəbər agentliyinə müsahibə verən deputat deyib ki, “12-ci hökümətin Urmiyə gölünü canlandırdığına dair iddiası yalandan başqa bir şey deyildi. Urmiyə gölü yağıntıların yardımı ilə yenidən canlanmışdı. Bu səbəblə, Urmiyə Gölünü Canlandırma Mərkəzinə ayrılan büdcənin necə xərcləndiyi araşdırılacaq.”

2019-ci ilin baharında yağıntıların artması ilə birlikdə Urmiyə gölündə nisbi canlanma göründü, ancaq yeni vəziyyəti qorumaq yönündə lazımi addımlar atılmadı. Tasnim xəbər agentliyinin bazar günü yaydığı xəbərdə keçən ilin eyni dönəminə görə Urmiyə gölü sahəsinin 1066 kvadrat metr, səviyyəsinin isə 56 sm azaldığı qeyd edilib.

Həsən Ruhani höküməti 2021-ci ilə qədər Urmiyə Gölünü canlandıracağını vəd etmişdi. Ancaq yeni məlumatlar Urmiyə gölünün 2013-14-cü illərdəki kritik vəziyyətə geri döndüyünü göstərir.

Urmiyə gölünün canlandırılması və türk dilinin tədrisinə dair verdiyi vədlərini yerinə yetirməyən Ruhani Təbriz və Urmiyə kimi şəhərlərə səfərlərində “Ruhani Ruhani, vədlərin bəs hanı?” və “Urmu Gölü dolmadı, türk dilində mədrəsəmiz olmadı” kimi şüarlar ilə qarşılanmışdı.

Ekologiya üzrə ekspertlərdən əlavə bəzi millət vəkilləri də Urmiyə gölü ətrafında mövcud ekoloji fəlakətin Təbriz və Urmiyə kimi şəhərlərdə havanın çirklənməsinin təhlükəli səviyyəyə çatmasına böyük təsir göstərdiyini, həmçinin yaxın kəndlərdə tənəffüs və göz xəstəliklərinin yayılmasına səbəb olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG