Accessibility links

Lavrov Qərbi Rusiyada rejim dəyişikliyinə çalışmaqda ittiham edib


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Qərbi Ukraynada münaqişə ilə əlaqədar sanksiyalar tətbiq etməklə Rusiyada rejim dəyişikliyinə çalışmaqda ittiham edib.

Sergey Lavrovun sözlərinə görə, Qərbi ölkələrinin nüfuzlu şəxsləri Rusiya iqtisadiyyatını dağıdıb, ictimai iğtişaşların yaranmasına gətirib çıxaracaq sanksyiaların tətbiqinə ehtiyac olduğunu deyirlər.

Xarici işlər naziri bu açıqlamanı prezident Vladimir Putinin bəzi keçmiş Sovet İttifaqı ölkələrində liderlərin hakimiyyətdən devrilməsinə gətirib çıxarmış etiraz nümayişlərinə işarə edərək, Rusiyada “rəngli inqilablara” yol verilməməli olduğunu deməsindən sonra verib.

Ukraynada böhran Moskva və Vaşinqton arasında əlaqələrdə ciddi gərginliyin yaranmasına səbəb olub və Qərbin münaqişədə roluna görə Rusiyaya qarşı sanksiyalar tətbiq etməsilə nəticələnib. Sanksiyalar Rusiyanın Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılara silah və əsgəri qüvvə göndərməsinə görə tətbiq edilib. Kreml bu ittihamları rədd edir.

XS
SM
MD
LG