Accessibility links

Lətif Həsəni 30 ay həbsdən sonra 3 gün müddətinə evə buraxılıb


Yeni GAMOH təşkilatının baş katibi Dr. Lətif Həsəni 30 ay həbsxanada olduqdan sonra üç gün müddətinə evə buraxılıb.

Kərəc Rəcai Şəhr zindanında məhbus olan Dr. Lətif Həsəni həbsxananı iyunun 22-i tərk edib.

Lətif Həsəni ailə üzvləri ilə birlikdə
Lətif Həsəni ailə üzvləri ilə birlikdə

Amerikanın Səsinə daxil olan məlumata görə, Lətif Həsəni bazar ertəsi 700 milyon tümən zəmanət müqabilində evə buraxılıb. 30 ay həbsxanada qalan Lətif Həsəni milli fəallar və ailə üzvləri tərəfindən sevinclə qarşılanıb.

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının baş katibi Lətif Həsəni (Araz), habelə Mərkəzi Komitə üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə qanunsuz təşkilat yaratmaq da daxil olmaqla muxtəlif ittihamlarla hər biri 9 il həbsə məhkum ediliblər.

Amnesy International beynəlxalq ümuməvf təşkilatı Yeni GAMOH liderini “vicdan məhbusu” adlandıraraq, onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmısını tələb edib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG