Accessibility links

Fransa Leyla Yunusun həbsindən narahatdır


Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, Fransanın səfirləri Fransua Zimre və Paskal Monye
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, Fransanın səfirləri Fransua Zimre və Paskal Monye

Fransa Azərbaycan hökumətini hüquq müdafiəçisinin azad etməyə çağırır

Fransa xanım Leyla Yunusun həbsindən narahatdır və Azərbaycan hökumətini səhhəti zəif olan Yunusu azad etməyə çağırır. Fransa Azərbaycanı həmçinin müdafiə hüquqlarına, o cümlədən vəkilin maneəsiz girişinə hörmət etməyə çağırır. Bu barədə Fransa Xarici İşlər və Beynəlxalq Inkişaf Nazirliyi sözçüsünün köməkçisinin bəyanatında deyilir.

Sənəddə həmçinin bu ilin mayında Azərbaycana səfəri zamanı Fransa prezidenti ilə Leyla Yunusun görüşü xatırladılır. “Cari ilin mayında Azərbaycana səfəri zamanı Fransa prezidentinin görüşdüyü xanım Yunus insan hüquqları üzrə öhdəliyinə görə hörmət edilən bir şəxsiyyətdir. Bu baxımdan, o , 2013-cü ildə Fəxri Legion Ordeni ilə təltif edilib”, bəyanatda qeyd edilir.

Leyla Yunus barəsində vətənə xəyanət və başqa 5 ittihamla 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onun həyat yoldaşı Arif Yunusa da oxşar ittihamlar irəli sürülüb. Arif Yunuis səhhətində problemlərə görə polis nəzarətindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG