Accessibility links

Leyla Yunusun təzyiqə məruz qalması pislənir


Leyla Yunus
Leyla Yunus

Hüquq müdafiəçisi Leyla Yunusa 1 saylı Bakı İstintaq Təcridxanasında edilən təzyiqlər kəskin tənqidlərlə qarşılanır. AXCP və Siyasi Məhbusların hüquqlarını Müdafiə komitəsi bu gün bəyanatla çıxış edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Leyla Yunusun həyatına yaranan təhlükədən hədsiz narahat olduğunu bildirir və hakimiyyətdən hüquq müdafiəçisinə qarşı cinayət əməllərini dərhal dayandırmağı tələb edir.

AXCP bəyan edir ki, indiki halda Leyla Yunusla bağlı istənilən xoşagəlməz hadisəyə görə siyasi hakimiyyət və birbaşa ölkə başçısı İlham Əliyev məsuliyyət daşıyacaq.

AXCP təcridxana rəhbərliyini də xəbərdar edir ki, heç bir göstəriş, hətta İlham Əliyevin göstərişi də onları orada saxlanılan şəxslərin, o cümlədən Leyla Yunusun hüquqlarının qorunması, təhlükəsizliklərinin təmin olunması məsuliyyətindən azad etmir. AXCP təcridxana rəhbərliyini Leyla Yunusa münasibətdə cinayətə yol verdikləri və buna görə günün birində mütləq cavab verəcəkləri barədə düşünməyə çağırır.

Siyasi Məhbusların hüquqlarını Müdafiə komitəsinin

Bəyanatında isə deyilir ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Leyla Yunusun timsalında qadın ictimi - siyasi xadim - görkəmli hüquq müdafiəçisini şərləyib həbsə atan hakimiyyət ona qarşı olan qəzəb və qisasçılığını dəmir barmaqlılar arxasında da amansız şəkildə davam etdirir.

Siyasi Məhbusların müdafiə komitəsi Əliyev rejiminin girovluğunda saxlanılan Leyla Yunusa qarşı həyata keçirilən psixoloji və zorakı təzyiqləri qətiyyətlə pisləyir, bu rüsvayçı hərəkəti edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Müdafiə komitəsi eyni zamanda hakimiyyəti yerli və beynəlxalq təpkilərdən, o cümlədən Avropa Parlamentinin son qətnaməsindən, ABŞ prezidenti Barak Obamanın, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların xəbərdarlıqlarından nəticə çıxarmağa, Azərbaycanı beynəlxalq aləmdən təcrid etmə siyasətinə son qoymağa, ölkədə fundamental insan hüquq və azadlıqlarına hörmət etməyə, həbsdə olan bütün siyasi məhbusları qeyd - şərtsiz azadlığa buraxmağa çağırır.

Öz növbəsində Penitensiar Xidmət Lryla Yunusun döyülməsi ilə bağlı məlumatları əsassız sayır.

Xidmətin rəsmi saytının məlumatına görə bu cür xəbərlərə son qoyulması məqsədilə Penitensiar Xidmət araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib

“Bu məqsədlə təcridxananın dəhlizlərində quraşdırılmış videokameraların qeydə aldığı görüntülər prokurorluq orqanına təqdim olunacaq”.

Məlumatda həmçinin xidmətin əməkdaşı Fəqan Yaqubovun Leyla Yunusu döyməsi ilə bağlı vəkillərin ittihamı da əsassız sayılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG