Accessibility links

Mahmud Bilgin: Dil imtahanı ilə əslində milli hərəkatı imtahana çəkirlər


Mahmud Bilgin
Mahmud Bilgin

Mahmud Bilgin son vaxtlar İranda türklər və digər qeyri-fars icmalara qarşı basqıların artmasını İslam Respublikasının yaşadığı siyasi-iqtisadi böhranlarla əlaqədar olduğunu ifadə edir.

Mahmud Bilgin Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:22 0:00

Amerikanın Səsinə danışan siyasi fəalın dediklərinə görə, keçən il ABŞ-ın İranla nüvə sazişindən çıxmasından sonra ali ruhani liderə bağlı hərbi və təhlükəsizlik qurumlarının İranın daxili siyasətindəki nüfuzları keçmişlə müqayisədə artmağa başlayıb.

Rejim hər zaman çətinliyə düşəndə, əhalinin ayaqlanmasından qorxur. Bunun üçün başlayır qadınların hicabını gündəmə gətirməyə, qeyri-fars millətlərə basqını artırır.

“İranda [teokratik] Vilayəti Fəqih rejimi hakimdir. Görüntüdə seçkilər olsa da, prezident və parlament olsa da, aparıcı qüvvə birbaşa Vilayəti Fəqih (ali ruhani lider) və onun arxasında olan qurumlardır,” Mahmud Bilgin söyləyir.

O hesab edir ki, onsuz da ali ruhani lider qarşısında ciddi səlahiyyətləri olmayan prezident və ona bağlı olan qurumlar, hazırkı şəraitdə daha da effektsiz olublar:

“ABŞ nüvə sazişindən çıxdıqdan sonra, sanksiyalar başladı və İran çox çətin duruma düşdü. Bu şəraitdə Ruhani və onun nəzarətində olan qurumlar, hablə parlament artıq təsirsiz hala gəlib. Artıq qərarlar hərbi və təhlükəsizlik qurumları tərəfindən verilir. Ən başda da Sepah və onun təhlükəsizlik qurumu...”

Son vaxtlar İran Azərbaycanı və Tehranda məhkəmələr türk fəallara qarşı keçmişlə müqayisədə daha ağır həbs hökmləri çıxarırlar. Həmçinin Qərbi Azərbaycan vilayətində türkcə-farsca “Yol Press”, “Açıq Yol” və “Çiçest” nəşrlərinin fəaliyyətinə ali təhlükəsizlik şurasının şikayəti ilə son qoyulub.

Bu zərbələrin qarşısında duran qüvvələri hakimiyyət görməlidir ki, heç olmasa farsca yetərlilik testinin icrasında çox da irəli getməsin. Bunlar əslində bizi test edirlər. Bizim milli hərəkatı və türk fəalları test edirlər.

Basqıların artması və İran Azərbaycanının bəzi bölgələrində “farsca yetərlilik testi”-nin icraya qoyulmasına diqqət çəkən Mahmud Bilgin deyir ki, “hakimiyyət türklərin ayaqlanmasından qorxur.”

“Rejim hər zaman çətinliyə düşəndə, əhalinin ayaqlanmasından, etirazından, meydana çıxmasından qorxur. Bunun üçün başlayır qadınların hicabını gündəmə gətirməyə, qeyri-fars millətlərə basqını artırır. Bunu biz son aylarda öz bölgələrimizdə açıq görürük. İran bu kimi durumlarda ən çox da türklərdən qorxur. Qəzetlərin qapadılması, türk fəallara ağır həbs hökmləri göstərir ki, rejim qorxuya düşmüş,” siyasi fəal bəyan edir.

Mahmud Bilginin fikrincə, İran hakimiyyəti farsca yetərlilik testini icra edərək sadəcə uşaqları deyil, milli hərəkatı da test edir.

“Təəsüflər olsun ki, zərbə o qədər ağırdır ki, bu zərbənin qarşısında həm daxildə, həm də xaricdə bunlara reaksiya göstərilməyib. Bu zərbələrin qarşısında duran qüvvələri hakimiyyət görməlidir ki, heç olmasa farsca yetərlilik testinin icrasında çox da irəli getməsin. Artıq icraya başlayıblar. Bunlar əslində bizi test edirlər. Bizim milli hərəkatı və türk fəalları test edirlər,” Mahmud Bilgin əlavə edir.

XS
SM
MD
LG