Accessibility links

Bakıda Mədəniyyətlərarası Dialoq Forumu açılıb (Video & Fotoqalereya)


Bakıda Mədəniyyətlərarası Dialoq Forumu açılıb
please wait

No media source currently available

0:00 0:03:36 0:00

Bakıda Mədəniyyətlərarası Dialoq Forumu açılıb

“Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi ilə keçirilən forumda 100-dən çox ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edir

Mayın 30-da Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu açılıb. “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi ilə keçirilən forumda 100-dən çox ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edir.

Azərbaycan prezidenti İlham Əliyev forumu açıb. O deyib ki, indiki forum 2008-ci ildə başlamış Bakı prosesinin davamıdır.

“Coğrafi körpü olan Bakı eyni zamanda mədəniyyətlər arasında körpü rolunu oynayır”, - Əliyev vurğulayıb.

Azərbaycan burada yaşayan müxtəlif etiqadlı xalqların tarixi vətənidir və onların sülh şəraitində birgə yaşaması tolerantlığa nümunədir.

“İctimai-siyasi quruluşların dəyişməsindən asılı olmayaraq Azərbaycan həmişə tolerantlığın nümunəsi olub. Azərbaycanın tolerantlıq təşəbbüsləri dünyada da müsbət qarşılanır. Millətlər, dinlər, dillərarası dialoq dünyada əməkdaşlıq mühitini genişləndirir”.

O forumda müştərək gələcəklə bağlı fikirlər səslənəcəyini bildirib.

“Təki dünyada sülh, stabillik, əməkdaşlıq olsun”, prezident qeyd edib.
Əliyev multikultiralizmin əleyhinə olanları qəbul etmir. O Azərbaycanın həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olduğunu diqqətə çatdırıb.

“Multikultiralizmi inkişafın, əməkdaşlığın, tolerantlığın əsasını təşkil edir. Azərbaycanda bütün millətlərin mədəniyyətləri, abidələri, dinləri qorunur. Bu günlərdə 743-cü ildə tikilmiş məscidi bərpa etdik, atəşgah saxlanılır, sinaqoqların, kilsələrin tikintisinə kömək edirik. Azərbaycanda qədim alban kilsəsi, pravoslav, katolik kilsələri mühafizə olunur. Siyasi iradə olarsa multikultiralizmi qorunur. Multikultiralizmin alternativi faşizmi, ksenofobiya, diktaturadır”.

Bununla yanaşı müasir dünyada etnik və dini dözümsüzlük zəminində münaqişələr baş verir. Yalnız mədəniyyətlərarası dialoqun inkişafı ilə münaqişələrin aradan qaldırılmasına nail olmaq olar.

Dövlət başçısı həmçinin çoxmədəniyyətlilik məsələsinə toxunub. O deyib ki, çoxmədəniyyətlilik böhranı barədə fikirlər mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa xidmət etmir.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser BMT-nin Sivilizasiyalar Alyansının bu sahə üzrə gördüyü işlər və prioritetləri, o cümlədən dünyanın bu gün üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün ata biləcəyi addımlardan danışıb.

“Bu forum çox faydalı kompasdır, müxtəlifliklərin əməkdaşlığının nümunəsidir. Dünyada sülh, sabitlik və əmin-amanlıq əldə etmək üçün həqiqətən də, xalqlar və mədəniyyətlər arasında harmoniya vacibdir”, o qeyd edib.

YUNESKO-nun baş direktoru İrina Bokova hesab edir ki, Azərbaycan qədim “İpək Yolu”nun bir hissəsi olaraq mədəniyyətlərin mərkəzinə çevrilib.

“Dünyadakı böhranlı vəziyyətləri, münaqişələri nəzərə alsaq mədəniyyətlərarası dialoq çox vacibdir. Sülh yeni dialoq formaları tələb edir. Biz müxtəliflikləri problem etməməliyik, onu qoruyub, təbliğ etməliyik. Mədəniyyətlərin müxtəlifliyinin təbliği siyasətlərin əsasını təşkil etməlidir”, o bildirib.

İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri hazırki beynəlxalq və regional durumu çox qəliz kimi dəyərləndirib.

“Bu qəliz dövrdə mədəniyyətlərarası dialoq sülhü bərpa edə bilər. Problemlər, qanlı münaqişələr dialoqların olmamasından yaranır. Mədəniyyətlərarası dialoq ictimai fikrə təsir imkanları olan intellektuallar arasında aparılmalıdır. Dialoq sülh üçün ən vacib vasitədir. Mədəniyyətlərin yaxınlaşmasına yönələn səylər təhsildə, məscidlərdə, kilsələrdə, sinaqoqlarda elan edilməlidir. Bunlar olmazsa gələcəkdə cəngəlliklərdə yaşamalı olacağıq”, o qeyd edib.

Forum çərçivəsində müxtəlif görüşlər, mədəni tədbirlər, görüşlər də keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG