Accessibility links

Ali Məhkəmə Mehman Hüseynovun işini apellyasiya baxışına qaytarıb [Video]


Azərbaycan Ali Məhkəməsi bloger Mehman Hüseynovun kassasiya şikayətini qismən təmin edib. Ali Məhkəmə cinayət işini yenidən apellyasiya baxışına qaytarıb.

Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin iddiası əsasında bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

Bundan öncə, Mehman Hüseynov 2017-ci il yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

Hüseynov Nəsimi rayon Məhkəməsinin qarşısında jurnalistlərə bildirib ki, işgəncəyə məruz qalıb, başına torba keçirilib.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotolarını yayıb.

Ancaq, Daxili İşlər Nazirliyi blogerə polisdə işgəncə verilməsi ilə bağlı deyilənləri əsassız sayıb.

Beləliklə, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə xüsusi ittiham qaydasında məhkəməyə verib. Məhkəmə də onun iddiası əsasında M.Hüseynovun iki il azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

M.Hüseynov ittihamın əsassız olduğunu bildirib.

Bloger son vaxtlar bəzi deputatlar, nazirlər haqqında videomateriallar hazırlayır, dəyəri milyonlarla ölçülən villaların, bahalı əşyaların onlara məxsus olduğunu iddia edirdi. Bir qayda olaraq bu videolar geniş ictimai rezonansa səbəb olur, yüz minlərlə insan tərəfindən izəlilirdi.

Bu gün Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə blogerin məhkəmədə iştirak etmək istəyi barədə ərizəsi təmin edilməyib.

Vəkillər cinayət işinə xitam verilməsini və blogerin azadlığa buraxılmasını xahiş edib.

“Biz vəkillər bu cinayət işi ilə bağlı məşəqqətli yol keçmişik. Daha çox məşəqqəti isə Mehman Hüseynov çəkib. Bloger yanvarın 9-da saxlanılıb, əlləri, ağzı bağlanılıb, elektroşok verilib, başına torba keçirilib. O başına torba keçirilmiş, əlləri, ağzı bağlı vəziyyətdə bir saatadək şəhər küçələrində avtomobildə gəzdirilib. Sonra, Nəsimi rayon Polis idarəsinə gətirilib. Orada da başından torba çıxarılmayıb. Hüseynovun səhhəti pisləşib. Bu zaman təcili tibbi yardım çağırılıb. Ona yuxugətirici iynə vurulub və səhəri gün məhkəmə qarşısına çıxarılıb. Bloger də məhkəmədən sonra başına gələnləri danışıb”, vəkil Fuad Ağayev qeyd edib.

Vəkilin sözlərinə görə, bu halda Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev bloğeri xüsusi ittiham qaydasında məhkləməyə verə bilməzdi.

“Çünki, Hüseynov Musa Musayev adlı şəxsin adını çəkməyib. O yalnız başına gətirilənlərdən danışıb. Blogerin ifadələrində şərəf və ləyaqətin alçaldılıması, böhtan yoxdur. Həm də Musa Musayev vəkillərin çoxsaylı vəsatətlərinə baxmayaraq məhkəməyə gəlməyib. Musayev həmçinin hüquqi şəıxs kimi iddia qadlırıb. Halbuki, 147-ci maddə ilə ittiham qaydasında yalnız fiziki şəxslər iddia qaldıra bilər”, o qeyd edib.

Vəkillər Elçin Sadıqov, Fəxrəddin Mehdiyev bildiriblər ki, iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməyib.

“Mehman Hüseynovun tutulması, başına torba keçirilməsi, polis idarəsinə gətirilməsini təsdiq edən videolar iddiaçı tərəfdədir. Ancaq, onlar bizim vəsatətlərə baxmayaraq həmin videoları məhkəməyə təqdim etməyib. Məhkəmə də bizim vəsatətləri təmin etməyib”, vəkil Elçin Sadıqov qeyd edib.

Vəkillər həmçinin blogerin həbsinin geniş ictimai və beynəlxalq tənqidlərə yol açdığını məhkəmə heyətinin diqqətinə çatdlırıb.

“Burada yeganə mümkün qərar cinayət işinə xitam verilməsi və blogerin azadlığa buraxılmasıdır”, Fuad Ağayev məhkəmə heyətindən xahiş edib.

İddiaçının nümayəndəsi Əlirza Həbilov kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş edib.

“Burada söz azadlığından söhbət getmir. Azərbaycanda söz azadlğı başqa ölkələrdən də yaxşı təmin edilib. Mehmanın dedikləri, reportajları söz azadlığının təmin edilməsinin göstəricisidir. Bu cinayət işi şərəf və ləyaqətin qorunması ilə bağlıdır”, vəkil qeyd edib

Hakim heyəti vəkillərin çıxışından sonra Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib və cinayət işini yenidən apellasiya baxışına qaytarıb.

Vəkillər məhkəmənin qəraından qismən razıdır.

“Ali Məhkəminin belə qərar qəbul etməsi Mehman Hüseynovun həbsdə qalma müddətini faktiki olaraq artırdı. Oktyabrın 3-də Mehman Hüseynovun həbs müddətinin üçdə biri tamam olurdu, onun məntəqə tipli cəzsaçəkmə müəssisəsinə keçirilməsi üçün ərizə verəcəkdik. Ancaq, Ali Məhkəmə bu qərarı qəbul etdiyindən Mehman Hüseynov bu hüquqdan da məhrum oldu. Apellyasiya Məhkəməısinin təyin edilməsi təxminən bir ay, 40 gün sonraya təsadüf edəcək. Ali Məhkəmənin qərarı adətən bir ay ərzində tərəflərə çatdırılır”, vəkil Elçin Sadıqov bildirib.

O Ali Məhkəmənin yekun qəırara qəbul etməməsindən təəssüflənir.

“Pozuntunun tanınması hissəsi ilə razıyıq. Ali Məhkəmənin qanunla yekun qərar qəbul etməyə tam səlahiyyəti var idi. Ona görə, yekun qərar qəbul etməməsindən narazıyıq. Mehman Hüseynovun azadlığa buraxılmamasından narazıyıq”, vəkil qeyd edib.

XS
SM
MD
LG