Accessibility links

Medvedev Rusiyadan Ermənistana və Azərbaycana silah satışlarının tərəfdarıdır


Rusiyanın Baş naziri Dmitri Medvedev Azərbaycana və Ermənistana silah satışlarının tərəfdarı olduğunu deyib. Rossiya 1 tele kanalında “Vesti v subbotu” proqramında müsahibə zamanı o deyib ki, Moskva münaqişə zonasına silah təchizatından imtina etsə, bununla başqa dövlətlər məşğul olmağa başlayacaq.

Dmitri Medvedev deyib ki, silah təchizatı ölkələr arasında hərbi-texniki sahə də daxil olmaqla əməkdaşlıq əsasında həyata keçirilir. “Bir dəqiqəlik təsəvvür edək ki, Rusiya bu roldan imtina edib. Biz gözəl başa düşürük ki, bu yer boş qalmayacaq. Silahları başqa ölkələrdən alacaqlar. Bununla ölümə səbəb olma səviyyəsi azalmayacaq. Amma eyni zamanda, bu, mövcud balansın pozulmasına gətirib çıxara bilər. Biz tərəfdaşlarımızın ehtiyaclarını başa düşürük. Və hamı regionda qüvvələr nisbətini bilir. Ona görə də mən əmin deyiləm ki, silah təchizatı bazarına başqa ölkələrin gəlişi vəziyyəti yüngüllədirəcək. Fikrimcə, bu, vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxaracaq.”​

2011-ci ildə iyunun 24-də o zaman Rusiya prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Kazan görüşü zamanı
2011-ci ildə iyunun 24-də o zaman Rusiya prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan Kazan görüşü zamanı

Medvedev bildirib ki, o, silahların təkcə istifadə edilmək üçün deyil, həm də “nəzarət faktoru” kimi xidmət göstərdiyini hesab edir.

2010-cu ldən 2014-cü ilə qədər Rusiya və Azərbaycan vertolyotlar, zenit-raket sistemləri, tanklar və artilleriya təchizatı ilə bağlı təxminən 4 milyard dollar dəyərində müqavilələr imzalayıb. Təkcə Ermənistan 2013-cü ildə Rusiyadan 16 milyard dollarlıq hərbi texnika alıb. Buraya ağır hərbi texnika da daxildir. Lakin 2014-cü ildə Yerevana silah təchizatının olmadığı bildirilir.

Aprelin 5-də Azərbaycan və Ermənistan atəşkəs haqda razılıq əldə edib. Tərəflər atəşkəs rejiminin pozulmasında bir-birini ittiham edib.

Rusiyanın Baş naziri Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyev
Rusiyanın Baş naziri Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyev

Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulması aprelin 1-dən 2-ə keçən gecə baş verib. Bundan sonra baş verən toqquşmalar 1994-cü ildə atəşkəsin əldə olunmasından sonra keçən 22 il ərzində ən ciddi toqquşmalar hesab edilir. Tərəflər tələfatlar və yaralananların olduğunu bildirib.

XS
SM
MD
LG