Accessibility links

Təbrizli gənc musiqiçi mühacirət təcrübələrindən danışır [Audio-Müsahibə]


Mehran İsmayılzadə 2012-ci ildə Braziliyada keçirilən festivalda Azərbaycan Respublikasını təmsil edib.
Mehran İsmayılzadə 2012-ci ildə Braziliyada keçirilən festivalda Azərbaycan Respublikasını təmsil edib.

Mehran İsmayılzadə fars dilində başladığı məktəb təhsilini beşinci sinifdən etibarən öz ana dilində davam etdirdiyini söyləyir. Amerikanın Səsinə müsahibədə gənc sənətçi İran hakimiyyətinin basqıları üzündən Təbrizi tərk edən ailəsi ilə birlikdə yeniyetmə yaşlarında üzləşdiyi olaylar haqda danışıb.

"Təhsilimi Azərbaycan Respublikasına köçdükdən sonra ana dilimdə aldım."
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Hazırda Türkiyədə yaşayan gənc musiqiçi mühacirət həyatı, habelə musiqi və film sahəsində apardığı fəaliyyətlər haqda söz açır.

“Ana dilimdə təhsil ala bilmək, öz musiqimiz və kültürümüzün əhatəsində olaraq böyümək mühacirətin musbət tərəfləri idi,” deyə Mehran yeniyetmə yaşlarından Azərbaycan Respublikasında yaşamağın onun həyatında buraxdığı təsirləri şərh edib.

Musiqi təhsili alıb, məşhur musiqiçilərin təcrübələrindən istifadə etmək və beynəlxalq festivallara qatıla bilməyimi mümkün edən bir yerdə və şəraitdə yaşaya bildiyim üçün özümü çox xoşbəxst hiss edirəm.
Mehran İsmayılzadə

Musiqi sahəsində ilk müəlliminin atası olduğunu qeyd edən Mehran Azərbaycanda musiqi məktəbləri, o cümlədən Bakı Musiqi Akademiyasına daxil olaraq zərb alətləri bölümündə təhsil aldığını deyib. Onun musiqi fəaliyyəti də caz musiqisi və zərb alətləri sahəsində olub.

Təbrizli gənc musiqiçi 2009 və 2010 illərində Bakıda təşkil olan beynəlxalq gənc caz festivalı yarışması və beynəlxalq zərb alətləri festivalına qatıldığını söyləyib. O, həmçinin 2012-ci ildə 25 ölkədən musiqiçilərin qatıldığı Braziliyada keçirilən festivalda Azərbaycan Respublikasının nümayəndəsi kimi iştirak edib.

“Musiqi təhsili alıb, məşhur musiqiçilərin təcrübələrindən istifadə etmək və beynəlxalq festivallara qatıla bilməyimi mümkün edən bir yerdə və şəraitdə yaşaya bildiyim üçün özümü çox xoşbəxst hiss edirəm,” deyə təbrizli gənc ümumiyyətlə ailəsinin mühacirət etdiyindən məmnun olduğunu ifadə edir.

Gənc sənətçi film sahəsində də fəaliyyət göstərir. O, yoldaşları ilə birlikdə qısa metrajlı filmlər çəkib, həmçinin güneyli rejissor Vəhid Azərnəvidin Türkiyədə çəkdiyi Min Öfkə Bir Eşq filmində rol alıb.

Mehran İranda yaşayan muxtəlif etnik qrupların yaşadığı problemlərə toxunaraq İran İslam Respublikasının azlıqlar üzərində apardığı siyasəti tənqid edir.

“Onlar muxtəlif xalqlar və millətləri ayırmağa, bir-birinə düşmən etməyə çalışırlar. Farsın adı ilə türkü təhqir edirlər. Xalqlar arasına nifaq salaraq öz hakimiyyətlərinə davam edirlər,” deyə o, bildirir.

XS
SM
MD
LG