Accessibility links

Güneyli alpinist Mehri Cəfəri Tanrı Dağlarında itkin düşüb


Mehri Cəfəri

İngilitərədə yaşayan güneyli alpinist, hüquqşünas və mədəni fəal Mehri Cəfəri çərşənbə günü avqust ayının 4-dən bəri Orta Asiyada yerləşən Tanrı Dağlarında (Tyan Şan) itkin düşüb.

Bu haqda London Dağçılıq Klubu və alpinistin yaxınları sosial mediada məlumat yayıblar.

Sosial mediada yayılan məlumata əsasən, Mehri Cəfəri tək başına Qırğızıstandakı 7439 metrlik Yengiş zirvəsinə (Jengish) qalxmaq istəyirdi. O, təqribən 10 il əvvəl tək başına 7010 metrlik Xan-Tenqri zirvəsinə qalxmışdı.

Alpinisti tapmaq üçün bölgədə xilasetmə fəaliyyətlərinin davam etdiyi bildirir. Onun dostları və yaxınları sosial mediada xilasetmə fəaliyyətlərinin genişlənməsi tələbi ilə kampaniya təşkil edirlər.

Mehri Cəfəri keçən 5 il ərzində insan haqları və gender bərabərliyi kimi mövzularda dəfələrlə Amerikanın Səsinə müsahibə verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG