Accessibility links

Məhsa Mehdili: Vilayət məsulları da Tehranın əmr quludurlar, əhalinin həyatına dəyər vermirlər


Məhsa Mehdili İranın koronavirus təhlükəsinə qarşı mübarizə üçün yetərli imkanlara sahib olmadığını ifadə edir. Amerikanın Səsinə danışan siyasi ekspertin sözlərinə görə, İslam Respublikası bu məhdud imkanları da ədalətli və düzgün bir şəkildə qiymətləndirmir.

“İran rejimi ilk günlərdə virusun Qumda yayılmasını gizlətdi. Sırf buna görə ki, millət həm seçkilərə, həm İnqilabın ildönümü törənlərinə qatılsın, həm də bunların Qum şəhərinə yüklədikləri bir müqəddəslik var, onun zədələnməməsi üçün bunu gizlətdilər. Oradan başladı yayılmağa. Hələ də ictimaiyyətə doğru məlumat vermirlər,” siyasi fəal söyləyir.

İran ümumiyyətlə təchizat və elmi baxımdan yetərli deyil. Amma bu yetərsiz imkanları belə düzgün idarə edə bilmir. Bir də görürük ki, bu imkanların paylanmasında da mərkəz və digər bölgələr, xüsusilə Azərbaycan arasında çox fərq var.

Məhsa Mehdilinin dediklərinə görə, “İran onsuz da ümumiyyətlə təchizat və elmi baxımdan yetərli deyil. Amma bu yetərsiz imkanları belə düzgün idarə edə bilmir. Hələ bunun üstünə bir də görürük ki, bu imkanların paylanmasında da mərkəz və digər bölgələr, xüsusilə Azərbaycan arasında çox fərq var.”

İranın müxtəlif vilayətlərində koronavirusa yoluxmalar və ölüm halları ilə bağlı yerli rəsmilər və Tehranın verdiyi açıqlamalar arasında təzadlar var.

Mehdili deyir, “İran hakimiyyətinin doğru məlumat verməməsi səbəb olur ki, həm əhali nə edəcəyini bilməsin, həm də ki, beynəlxalq ictimaiyyətə yanlış məlumat gedir. Onlardan yardım gələcəksə də, xalq bu yardımlardan məhrum qalır.”

O, yerli məsulların da “Tehranın əmr qulu” olduğunu və bölgə əhalisinə qarşı cavabdeh olmadıqlarını önə çəkir:

“Fərqli vilayətlərdə məsulların səlahiyyətləri ola bilər, daha məsuliyyətli davrana bilərlər. Amma əmr qulu olduqları üçün özlərini oradakı millətə qarşı cavabdeh hiss etmirlər. Çünki, sistem belə qurulub ki, bunu lazım görmürlər. Sadəcə Tehrandan əmr gözləyirlər. Tehranın də məsələni necə yönləndirdiyini ortadadır.”

Fərqli vilayətlərdə məsulların səlahiyyətləri ola bilər. Amma Tehrandan əmr gözləyirlər. Tehranın də məsələni necə idarə etdiyi ortadadır.

Bir qrup türk fəal, yazar və ictimai xadim çərşənbə axşamı İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub ünvanlayaraq, siyasi məhbusların sağlamlığına diqqət çəkib, onlara məzuniyyət verilməsini tələb ediblər.

Məhsa Mehdili deyir, “dəyərli fəallarımızın atdığı bu imzalar gərəkli və dəyərli bir addımdır. Rəsmiləri məsuliyyətli davranmağa çağırıblar. Sağ olsunlar. Mən arzu edirəm ki təsir göstərər. Bu, İran hakimiyyəti üçün də yaxşı olar. Amma bunlar insan həyatına dəyər vermirlər. Özlərini kimsəyə qarşı cavabdeh görmürlər. Belə bir qərar aldılar ki, həbs hökmləri 5 ildən aşağı olanlara məzuniyyət veriləcək. Amma biz gördük ki, bunu seçməli olaraq tətbiq edirlər. Güney Azərbaycanın bəzi milli fəalları var ki, hökmləri 5 ildən azdır, amma məzuniyyətə göndərilməyiblər.”

Şərhlərə bax

XS
SM
MD
LG