Accessibility links

Həbsxanadan qaçmış narko baronun axtarışı davam etdirilir


Meksikalı narko kartelin başçısı El Chapo ləqəbli Hoakin Quzmanın beynəlxalq səviyyədə axtarışları davam etdirilən vaxt Milli Təhlükəsizlik Komissiyası qanunvericilərə onun həbsxanadan qaçışı ilə bağlı açıqlama verəcək.

Beş gün əvvəl həbsxanadan qaçdığı nümayiş etdirilən video görüntüdə Quzmanın kamerada duş otağında aşağı əyildiyi nümayiş etdirilir. O, duş otağından beləliklə həbsxana yaxınlığında tikilən bir evə aparan tunellə qaça bilib.

Hadisə ilə bağlı 18 həbsxana işçisi sorğu-sual edilib. Narko kartelin başçısı haqda kitabın müəllifi Cose Reveles onun qaçmasına yardımın həbsxana işçiləri ilə məhdudlaşmadığını bildirib.

Reveles Quzmanın regionda qalsa, çox ehtiyatlı davranacağını ehtimal etdiyini bildirib.

Hərbi qüvvələr Quzmanın dogma şəhərində nəzarəti gücləndirib. Onlar Quzmanın anadan olduğu La Tuna regionuna aparan yol da daxil olmaqla Badiraquato şəhərində yoxlama məntəqələri yaradıb.

Quzmanın dogma şəhərində bəzi adamlar onun həbsxanadan qaçışını dəstəkləyir.

Quzmanın güclü mühafizə olunan həbsxanadan qaçması Meksika prezidenti Enriqo Pena Nieto üçün uğursuzluq kimi qəbul edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG