Accessibility links

Milli Şura təmsilçiləri Qərb diplomatları ilə görüşüb


Cəmil Həsənli
Cəmil Həsənli

Görüşdə seçki məsələləri müzakirə edilib

Milli Şuranın (MŞ) təmsilçiləri avqustun 28-də Azərbaycandakı Qərb diplomatik korpusunun təmsilçiləri ilə görüşüb.

MŞ-nın icra aparatının rəhbəri Eldar Namazov bildirib ki, görüşə Avropa Birliyi ölkələrinin, Türkiyə və ATƏT-in Bakı səfirliklərinin siyasi sahəyə məsul diplomatları qatılıb. Görüş işgüzar nahar formatında keçirilib.

Milli Şuranın son sessiyasında qəbul edilən qərarlar və qurumun seçki sahəsində fəaliyyət planları diqqət mərkəzində olub. Şuranın prezidentliyə namizədi Cəmil Həsənli qurumun fəaliyyəti, seçki strategiyası ilə bağlı diplomatların çoxsaylı suallarını cavablandırıb.

Görüşdə prezidentliyə namizəd Cəmil Həsənli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və MŞ-nın icra aparatının rəhbəri Eldar Namazov iştirak ediblər.
XS
SM
MD
LG