Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək


ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)
ATƏT-in Minsk qrupunun həmsədrləri (Foto Ceyms Uorlikin Twitter səhifəsindən götürülüb)

ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 26-dan 28-dək regiona səfər edəcək.

Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər naziri Manuel Qonzales Sanzla oktyabrın 20-də keçirdiyi mətbuat konfransında jurnalistlərin sualının cavabında bildirib.

Nazir deyib ki, Nyu Yorkda iki ölkə prezidentlərinin görüşü üzrə hazırlıq barəsində geniş müzakirələr aparılıb.

“Həmsədrlərin irəli sürəcəyi təklifləri gözləmək lazımdır. Hazırda iki variant var: Prezidentlər görüşsələr müzakirə ediləcək məsələləri özləri müəyyən edəcək; ikinci variant kimi, həmsədrlərin konkret irəli sürəcəyi təkliflər ətrafında müzakirələr aparılacaq. Hələ ki bu məsələ açıqdır”, Məmmədyarov qeyd edib.

Belqradda 2 dekabr 2015-ci il tarixində keçiriləcək ATƏT-in Nazirlər Toplantısında iştirak edəcəksinizmi?- sualının cavabında, “ATƏT-in Nazirlər Toplantısında, çox güman ki Azərbaycan tərəfi də iştirak edəcək”, deyə Məmmədyarov bildirib.

XS
SM
MD
LG