Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edib (Yenilənib)


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin 26 sentyabr tarixli bəyanatı ilə bağlı açıqlama verib.

“İnsidentlərin araşdırılması mexanizminin yaradılması o halda nəzərdən keçirilə bilər ki, bu, həmsədr ölkələrinin prezidentlərinin də qəbul etmədikləri mövcud status-kvonun saxlanmasına və işğala bəraət qazandırılmasına xidmət etməsin”, nazir Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrlərinin sentyabrın 26-dakı açıqlamasını şərh edərkən AZƏRTAC dövlət agentliyinə bildirib.

Nazir vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir.

“Qeyd edilən “insidentlərin” baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur”, Məmmədyarov bildirib.

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andriu (Fransa) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla Nyu-Yorkda keçirilən görüşün yekunlarına dair mətbuat üçün bəyanat yayıb.

Sənəddə deyilir ki, həmsədrlər sentyabrın 24-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla, sentyabrın 25-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla təkbətək, daha sonra isə hər iki nazirlə birgə görüş keçirib. Görüşlərdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüşlərdə yaranmış mövcud durum, danışıqların əvvəlki məcrada bərpa olunması, tərəflər arasında etimadın artırılması, qoşunların təmas xəttində və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə gərginliyin azaldılması məsələləri müzakirə edilib.

Həmsədrlər bildirir ki, nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin sonunadək gözlənilən görüşünün keçirilməsi istiqamətində həmsədrlərlə hazırlıq işlərini davam etdirmək barədə razılığa gəlib.

Həmsədrlər Ermənistan və Azərbaycan prezidentlərini atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ATƏT-in mexanizmini qəbul etməyə çağırıb.

“Belə bir mexanizm olmazsa tərəflər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ölümlərlə nəticələnən hücumlara görə biri-birini günahlandırmaqda davam edəcək”.

Ermənistan ATƏT mexanizminin detallarını müzakirəyə razılıq verib və həmdəsrlər Azərbaycanın da bunu edəcəyinə ümidlidir.

Minsk qrupunun həmsədrləri son sutka ərzində əlavə itkilərə gətirib çıxaran artilleriya tətbiqini qəti pisləyib.

“Biz həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Gərginliyin artması azərbaycanlılara, ermənilərə və sülh yolu ilə nizamlanmaya ziddir”.

Həmsədrlər tərəfləri münaqişədən zərər çəkmiş cəmiyyətlər arasında etimadın yaradılmasına dair proqramları reallaşdırmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG