Accessibility links

Misirin yüksək məhkəmə orqanları tətil elan edir


Misirdə yüzlərlə nümayişçi prezident Məhəmməd Mursiyə qarşı altı gün fasiləsiz etirazlarını davam etdirirlər. Misirin iki yüksək məhkəmə orqanı prezidentin fərmanına etiraz əlaməti olaraq işlərini dayandıracaqlarını bəyan edib.

Misirin Kassasiya və Appelyasiya məhkəmələri çərşənbə günü Ali Konstitusiya Məhkəməsinin özünə ədliyyə nəzarətindən toxunulmazlıq qazandıran prezidentin fərmanına nəzarəti götürənə qədər tətilə çıxacaqlarını bildiriblər.

Konstitusiya Məhkəməsi cənab Mursini öz müstəqilliyinə əsassız hücum etməkdə təqsirləndirir. Çərşənbə günü çıxarılan qərarda, prezident tərəfindən məhkəmənin hökuməti yıxmağa çalışdığı barədə ittihamlarını məhkəmə rədd edib.

Prezidentin səlahiyyətlərinin məhkəmə tərəfindən təftiş edilməsi mövzusunda cənab Mursi və ədliyyə orqanı bir həftədən artıqdır ki, siyasi mübarizəyə qatılıblar. Çərşənbə günü on minlərlə misirli Qahirənin əsas meydanına və ölkə boyunca etiraz ediblər. Onlar prezidenti diktator kimi hərəkət etməkdə ittiham edirlər.
XS
SM
MD
LG