Accessibility links

Əl-Sissi orduya dəstək üçün kütləvi nümayişlərə çağırır (Yenilənib)



Misir ordusunun başçısı Ədül Fəttah Əl-Sissi hərbi qüvvələrin zorakılıq və terrorizmin qarşısını alması üçün dəstək bildirmək məqsədilə cümə günü kütləvi nümayişlərə çağırıb. Bu addımın hakimiyyətdən devrilmiş islamçı prezident Məhəmməd Əl-Mursi tərəfdarlarına qarşı kampanyanı intensivləşdirmək üçün siqnal kimi qəbul edilir.

Müdafiə naziri Əbdül Fəttah Əl-Sissi bu çağırışı hərbi məktəbdə buraxılış mərasimindən televiziya vasitəsilə yayımlanan çıxışı zamanı edib. O, çıxışında ordunun altı ay ərzində parlament seçkilərinin keçirilməsini nəzərdə tutan planından geriyə çəkilməyiləcəyinə söz verib.

Misirdə prezident Məhəmməd Mursinin ordu tərəfindən hakimiyyətdən devrilməsindən sonra həftələrdir iğtişaşlar və insan ölümülə nəticələnən zorakılıqlar davam edir. Tərəflərin bir-birini ittiham etdiyi zorakılıqlar zamanı Mursinin 100-dən çox tərəfdarının öldürülüb.

Ordu cənab Mursi iyulun 3-də hakimiyyətdən devrildikdən sonra ev dustağı kimi saxlayır. Ail üzvləri saxlamasından sonra onunla heç bir əlaqə olmadığını bildiriblər.
XS
SM
MD
LG