Accessibility links

AXCP mitinq qabağı təzyiqlərlə bağlı bəyanat yayıb


Həbs
Həbs

Polis müxalifətçinin saxlanmadığını bildirir

Avqustun 16-da polis əməkdaşları Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimi metronun Nərimanov stansiyası yaxınlığında saxlayıblar.
Bu barədə AXCP bəyanatında deyilir.

İbrahimi Binəqədi rayon Polis İdarəsinin 40 saylı polis bölməsinə aparılıb.

AXCP də saxlanmanın dəqiq səbəbini bilməsələr də bunun Milli Şuranın avqustun 18-ə təyin etdiyi mitinqlə bağlı olmasını istisna etmirlər. Belə ki, hakimiyyət vətəndaşları qorxutmağa və mitinqin kütləviliyinin qarşısını almağa çalışır.

Həmçinin AXCP-nin bəyanatında deyilir ki, Sumqayıtda Nərimanov adına Mədəniyyət Evinin yaxınlığında yerləşən və müxalifətçilərin toplaşdığı çayxana bağlanıb.Müxalifət partiyalarının Sumqayıt təşkilatlarının ofisləri olmadığı üçün bu çayxanaya yığışırlar.

Bəyanatla bağlı rəsmi münasibət bildirilməyib. Öz növbəsində, 40-cı polis bölməsinin növbətçi hissəsindən Amerikanın Səsinə bölməyə Məmməd İbrahimi adlı şəxsin gətirilmədiyini deyibllər.
XS
SM
MD
LG