Accessibility links

Mübariz Qurbanlı: Facebook-la heç kim inqilab edə bilməz [Video-Müsahibə]


Mübariz Qurbanlı: Azərbaycanda insanların narazı hissəsi var, amma böhran həddi səviyyəsində deyil
please wait

No media source currently available

0:00 0:20:00 0:00

Mübariz Qurbanlı: Azərbaycanda insanların narazı hissəsi var, amma böhran həddi səviyyəsində deyil

“Azərbaycanda insanların narazı hissəsi var, amma böhran həddi səviyyəsində deyil.., Prezident Əliyevin siyasəti nəticəsində su qaynama həddinə çatmayacaq”, Özünü qorumağa qadir olmayan hakimiyyət dövləti və vətəni qoruya bilməz”

İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində prezident seçkiləri öncəsi siyasi durum, siyasi qüvvələrin seçkilərdə mübarizə perspektivləri, son həbslər, hökumətin fəaliyyəti, Amerikanın Milli Demokratiya İnstitutu, ATƏT-in Bakı ofisi və narazılıqlarla bağlı sualları cavablandırıb.

Müsahibədən seçmələr:

- Prezident ili olduğu üçün təbii ki, Azərbaycan cəmiyyətində seçkilərə hazırlıqla
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyamızın sədri, prezidentimiz cənab İlham Əliyev olacaq.
əlaqədar müxtəlif siyasi partiyaların, müxtəlif qurumların fəallığı açıq şəkildə özünü göstərməkdədir. Amma bütövlükdə sosial-siyasi baxımdan vəziyyət normaldır;

- Seçkilərin azad, ədalətli, demokratik keçirilməsi mühiti var;

- Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, partiyamızın sədri, prezidentimiz cənab İlham Əliyev olacaq. Bu barədə ikili düşüncə və başqa fikir bütövlükdə yox dərəcəsindədir;

- Biz hesab edirik ki, Azərbaycan seçicisi indi davam edən bu yola, ulu öndər Heydər Əliyevdən başlanan böyük siyasətə yenə səs verəcək. Prezident İlham Əliyevin 2003-cü ildən bu yana həyata keçirdiyi siyasətə dəstək olacaqdır;

Halbuki Fontanlar meydanı aksiyalar üçün deyildir.
- Biz namizədimizin qələbə çalacağına əminik;

- Azərbaycanda siyasi partiyaların radikal qanadının tərəfdarları bir neçə dəfə şəhərin mərkəzində, məsələn Fontanlar meydanında qanunsuz aksiyalar keçirməyə cəhd edib. Halbuki Fontanlar meydanı aksiyalar üçün deyildir. Qanun pozuntusu baş verən ölkədə bunun qarşısını alınmadıqda zəncirvari reaksiya baş verə bilər;

- O ki qaldı NİDA-çılar məsələsinə, onlar da həmin hadisələr zamanı və ya
O ki qaldı NİDA-çılar məsələsinə, onlar da həmin hadisələr zamanı və ya qanun pozuntuları ilə əlaqədar həbs olunub.
qanun pozuntuları ilə əlaqədar həbs olunub. İlqar Məmmədov və Tofiq Yaqublu məsələsi isə İsmayıllıda baş verən hadisələr zamanı o bölgəyə getməsi və həmin bölgədə qızışdırıcı fəaliyyət göstərməsi ilə əlaqədar hüquq mühafizə orqanlarında məlumat olduğuna görə araşdırır;

- Azərbaycan ordusu 20 ildir səngərdədir. Səngərdə olan ordu ilə qışlaqda (kazarma-TF) olan ordunun psixoloji dururmu eyni deyil;

- Azərbaycan ordusu regionun ən güclü ordusudur. İstər təchizat baxımından,
Əsgər ölümünə kim hə deyə bilər, hamımız yox deyirik.
istər nizam-intizam baxımından, istərsə də nizamnaməyə əməl edilməsi baxımından xeyli irəliyə gedib. O ki qaldı əsgər ölümü ilə bağlı keçirilən kütləvi aksiyalara, əsgər ölümünə kim hə deyə bilər, hamımız yox deyirik. Amma bunu cəmiyyətə çatdırmaq üçün qanunu pozmağa ehtiyac varmı?


- Azərbaycanda Facebook-dan heç kim çəkinmir, xüsusilə hakimiyyət bundan çəkinmir və çəkinməyə də ehtiyac duymur. Azərbaycanda internet tam azaddır;

Azərbaycanda Facebook-dan heç kim çəkinmir, xüsusilə hakimiyyət bundan çəkinmir.
- Mən Yeni Azərbaycan Partiyasının rəsmi mövqeyini bir daha vurğulayıram: biz Facebook-da tam sərbəstliyə tərəfdarıq;

- O ki qaldı “Facebook inqilabı” məsələsinə, Facebook vasitəsi ilə heç kim inqilab edə bilməz. İnqilab olması üçün, hakimiyyət əleyhinə iğtişaşlar, çıxışlar üçün ölkədə mütləq
səbəblər olmalıdır. O səbəblər olmadıqca hansısa ölkədə inqilabı və ya hərəkatı Facebook vasitəsi ilə etmək mümkün deyil. Məgər Qahirədə Təhrir meydanında toplaşanlar Facebook vasitəsi ilə toplaşmışdı? Onların mütləq əksəriyyətinin nə Facebook-dan xəbəri var idi, nə də sosial şəbəkələrə girişi var idi;

Məgər Qahirədə Təhrir meydanında toplaşanlar Facebook vasitəsi ilə toplaşmışdı?
- Azərbaycan ATƏT-in üzvü olandan bəri böyük yol keçib, demokratikləşib, müasirləşib. ATƏT-in 20 ildir Azərbaycanda müşahidə missiyası var. Biz sadəcə təkliflərlə çıxış edirik ki, Azərbaycanın indiki situasiyasını, inkişafını nəzərə alaraq həmin müşahidə missiyasının statusuna yenidən baxılsın. Bu gün Azərbaycan Şərqi Avropanın demokratiya yolu ilə inkişaf edən ölkələrindən heç də geri qalmır. Şərqi Avropa da totalitarizmdən demokratiyaya keçib , biz də totalitarizmdən demokratiya yoluna keçmişik və bu yolla davam edirik. Demokratiya sahəsində ciddi uğurlarımız var;

Burada Milli Demokratiya İnstitutuna hər hansı basqıdan söhbət gedə bilməz.
- Milli Demokratiya İnstitutu Azərbaycanda çoxdandır fəaliyyət göstərir və bu gün də fəaliyyətini davam etdirir. Bizim üçün hansısa təhlükə mənbəyi deyil. Sadəcə Milli Demokratiya İnstitutunun məmurunun bank hesabından nağd pul çıxarması və sərf etməsi ilə bağlı jurnalist araşdırması dərc olunub. Respublika Prokurorluğu da haqlı olaraq Amerika səfirliyinə müraciət edərək bunun araşdırılmasını istəyib. Prokurorluq qanunu qoruyan bir qurumdur və onun belə müraciətlə çıxış etməsi tamamilə məntiqlidir;

- Amerika tərəfinin cavablarını oxudum. Hesab edirəm ki, yetərli deyil. Jurnalist araşdırmasında ortaya çıxan dəlillərə cavab verilməlidir. Burada Milli Demokratiya İnstitutuna hər hansı basqıdan söhbət gedə bilməz;

O həddə deyil ki, Azərbaycan cəmiyyətində hansısa bir partlayışa gətirib çıxarsın.
- Azərbaycan cəmiyyətində insanların narazı hissəsi var. Amma o narazı hissə böhran həddi səviyyəsində deyil. O narazı hissənin heç də hamısı prezidentdən, onun siyasətindən narazı deyil. Ola bilər ki, kimsə məmurdan narazıdır, öz işlədiyi yerdə kimdənsə narazıdır, əmək haqqının azlığından narazıdır. Amma bütövlükdə bu böhran vəziyyətində deyil. O həddə deyil ki, Azərbaycan cəmiyyətində hansısa bir partlayışa gətirib çıxarsın;

- Dövlət bir mitinqlə, bir nümayişlə dağılsa o dövlət olmazdı. İqtidarlar bir hadisə ilə, bir iğtişaşla və ya bu və ya baş vermiş digər hadisə ilə hakimiyyətdən getmir;

Dövlət bir mitinqlə, bir nümayişlə dağılsa o dövlət olmazdı.
- Hakimiyyət çökdü, bacarmadı kimi tezislər ortaya qoymaq, həmin tezisləri söyləyənlərin politoloji elmdən və bütövlükdə dövlət idarəçiliyindən, bu və ya digər məsələləri ya tam bilməməsidir, ya da qəsdən belə göstərməsidir. Bu cür hadisələr dövlətin, hakimiyyətin çökməsi demək deyil. Hakimiyyət hakimiyyətdir. Hakimiyyətin də vəzifəsi odur ki, hakimiyyətini qanun çərçivəsində qorusun. Özünü qorumağa qadir olmayan hakimiyyət dövləti və vətəni qoruya bilməz.
XS
SM
MD
LG