Accessibility links

Tofiq Zülfüqarov: Dağlıq Qarabağda separatizm mövcud deyil, anneksiya var [Video-müsahibə]


Tofiq Zülfüqarov: Dağlıq Qarabağda separatizm mövcud deyil, anneksiya var
please wait

No media source currently available

0:00 0:05:21 0:00

Tofii Zülfüqarov: Dağlıq Qarabağda separatizm mövcud deyil, anneksiya var

Keçmiş xarici işlər naziri Amerikanın Səsinə müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün nəticələrindən danışıb

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşünün nəticələrindən danışıb.

Amerikanın Səsi: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün nəticələri mövcud status-kvonun dəyişdirilməsinə yol aça bilərmi?

Görüşdən sonra həm diplomatik böhran artıb, həm də təmas xəttində hərbi gərginlik artıb.

Tofiq Zülfüqarov: Təəssüflər olsun ki, indi bu sualın cavabı çox sadədir. O da ondan ibarətdir ki, bu görüş heç bir imkanlara şərait yaratmayıb. Görüşdən sonra həm diplomatik böhran artıb, həm də təmas xəttində hərbi gərginlik artıb.

Amerikanın Səsi: Siz dediyiniz kimi, yüksək səviyyəli danışıqlardan sonra diplomatik cəbhədə qarşılıqlı ittihamlar artıb, cəbhədə isə hərbçilərin itkisi ilə nəticələnən gərgik müşahidə edilir. Buna səbəb nədir?

İstədikləri xeyir ondan ibarətdir ki, Rusiya birbaşa bu məsələlərə müdaxilə etsin.

Tofiq Zülfüqarov: Buna səbəb odur ki, Ermənistan öz işğalçı siyasətini davam etdirir. Onun məqsədi odur ki, bu cür provokasiyadan (təxribatdan-red.) bir növ xeyir götürsün. İstədikləri xeyir ondan ibarətdir ki, Rusiya birbaşa bu məsələlərə müdaxilə etsin və bu vasitə ilə Azərbaycanın günü-gündən artan müdafiə imkanlarının qarşısını alsın.

Amerikanın Səsi: Fikrinizcə, münaqişənin dinc yolla nizamlanması üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri daha nə etməlidir? Bu dövlətlərin özləri arasında diplomatik gərginlik artrmaqda davam etdiyi bir dövrdə vasitəçilik missiyaları nə qədər effektli ola bilər?

Artıq Rusiya ilə ABŞ arasında konfliktə aid mövqelər uzaqlaşır. Hesab edirəm ki, bu proses davam olunacaq.

Tofiq Zülfüqarov: Artıq fikir fərqi mövcuddur. Biz onu gördük. Yəni Hoqlandın (Minsk qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland nəzərdə tutulur-red.) bəyanatını götürsək və Lavrov (Rusiyanın xarici işlər naziri Sergey Lavrov-red.) təklifləri adlanan modifikasiya (yeni dəyişikliklər olunmuş-red.) olunmuş prinsiplər və sair, onu göstərir ki, artıq Rusiya ilə ABŞ arasında konfliktə aid mövqelər uzaqlaşır. Hesab edirəm ki, bu proses davam olunacaq. Çünki iki ölkə arasında olan gərginliyin tendensiyası göstərir ki, bu proses artacaq. Bu şəraitdə təbii ki, ABŞ və Rusiya arasındakı gərginlik hər bir məsələyə təsir göstərəcək.

Amerikanın Səsi: Keçmiş xarici işlər naziri kimi münaqişənin nizamlanmasının hazırda müzakirə edilən variantından hansı fərqli yollarını görürsünüz? Tərəflərin sülhə gəlməsi üçün nə edilməlidir?

Əksinə olaraq anneksiya siyasəti var və Ermənistan tərəfindən irredentizm (etnik siyasət altında ərazi iddiası-red) siyasəti mövcuddur.

Tofiq Zülfüqarov: İlk növbədə həmsədrlər baxışlarını dəyişməlidir. Çünki artıq biz görürük ki, orada onların dediyi kimi separatist problemlər, ya da millətlərin öz müqəddaratlını həll etmək prinsipinə aid məsələlər mövcud deyil. Bir növ Ermənistanın hərbi işğalı və torpaqların anneksiyası (bir dövlətə məxsus ərazinin qeyri-qanuni yolla digər dövlətə birləşdirmə-red.) siyasəti mövcuddur. Əgər bu, göz qabağında olan faktlar onların (Minsk qrupunun həmsədrləri nəzərdə tutulur-red.) təklifinin əsasını təşkil etməsə sülh danışıqlarının effekti və gələcəyi olmayacaq. Çünki görürük ki, Ermənistanla Dağlıq Qarabağdan olan insanların seçki sistemi, siyasi sistemi (Ermənistanın son iki prezidenti Dağlıq Qarabağdandır) birləşib. Bu baxımdan regionda separatizm adında bir problem yoxdur. Əksinə olaraq anneksiya siyasəti var və Ermənistan tərəfindən irredentizm (etnik siyasət altında ərazi iddiası-red.) siyasəti mövcuddur. Əgər bu qəbul olunmasa və təkliflərdə bu faktlar əksini tapmasa sülh prosesinin perspektivini görmürəm.

Amerikanın Səsi: Sizcə münaqişənin dinc nizamlanması ilə bağlı hazırki danışıqlar nəticə verməsə hərbi nizamlanma yolu mümkündürmü? Hərbi nizamlanma olarsa münaqişənin əhatə dairəsi nə qədər geniş ola bilər?

Konflikt Ermənistan-Azərbaycan arasındadır.

Tofiq Zülfüqarov: Artıq konflikt Ermənistan-Azərbaycan arasındadır. Alınan silahlar, hərbi planlar barədə sızan məlumatlar onu göstərir ki, hərbi əməliyyatlar bərpa olunsa, bu iki ölkə arasında olan hərbi əməliyyatlar olacaq. Hesab edirəm ki, Ermənistanın siyasəti və strategiyası ondan ibarətdir ki, bu gərginliyi artırmaqla hərbi əməliyyatların bərpasına nail olmaq istəyir. Bu yolla Rusiyanı bu münaqişəyə cəlb etmək istəyir. Çünki, Rusiya münaqişəyə cəlb olunmasa Ermənistan, onun müdafiə imkanları Azərbaycanın günü-gündən genişlənən müdafiə imkanlarına tab gətirə bilməz. Ermənistanın strategiyası bundan ibarətdir.

Xatırlatma: Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər BMT tərəfindən Azərbaycanın suverenliyində tanınan Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər erməni qüvvələrinin nəzarətinə keçib.

BMT-nin Təhlükəsizlik Şurası 1993-1994-cü illərdə Azərbaycanın suverenliyində olan ərazilərin qeyri-şərtsiz boşaldılması barədə dörd qətnamə qəbul edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır. Həmsədr dövlətlərin rəhbərləri dəfələrlə münaqişədə mövcud status-kvonun qəbuledilməz olması ilə bağlı bəyanatlar verib. Amma hələ də danışıqlarda irəliləyiş qeydə alınmayıb, status-kvo dəyişdirilməyib.

2015-ci il aprelin 2-dən 5-dək cəbhədə hərbi əməliiyatlar bərpa edilib. Tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırılıb. Bundan sonra iki ölkə prezidentinin görüşlər keçirməsinə baxmayaraq münaqişənin həlli istiqamətində addım atılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG