Accessibility links

Müsavat Partiyası parlament seçkisindən imtina edib


Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi
Müsavat Partiyasının "Siyasi məhbuslara azadlıq!" mitinqi

Oktyabrın 28-də Müsavat Partiyasının divanı partiyanın parlament seçkilərində iştirakının dayandırılması barədə qərar qəbul edib.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Müsavat Partiyası tərəfindən birmandatlı seçki dairələrindən irəli sürülən 70-dən çox namizəddən 24-ü deputatlığa namizəd kimi qeydə alınıb.

Müsavat Partiyasının divanının partiyanın seçkilrədə iştirakının dayandırılması barədə qərarında deyilir:

"Siyasi məhbusların azad edilməməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılmaması, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qalması, bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməməsi, ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtının ayrılmaması şəraitində keçirilən seçkilərin nəticələrinin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını vurğulayaraq Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkilərinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələb edilsin", sənəddə qeyd edilir.

Öz növbəsində, Azərbaycan rəsmiləri və Mərkəzi Seçki Komissiyası ölkədə azad, ədalətli, demokratik seçki mühitinin olduğunu bildirir.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov isə müxalifətin seçkidən imtinasını onların qələbə qazanmaq şansının olmaması ilə izah edib.

XS
SM
MD
LG