Keçən ilin noyabr ayında Təbrizdə təşkil olunan kütləvi etirazlar zamanı nəzarət altına alınan türk fəal Məhəmməd Mahmudi may ayının 13-də Təbriz İnqilab Məhkəməsində mühakimə edilib.
İnsan haqları üzrə faəliyyət göstərən HRA agentliyinə istinadən, Mahmudi “rejimə qarşı təbliğat” və “Gamac adlı təşkilata üzv olmaq” ittihamları ilə günahlandırılır.
Siyasi fəal 2019-cu ilin noyabr ayında onlarla digər fəalla birlikdə saxlanılıb və təhlükəsizlik qurumuna məxsus həbsxanalarda iki aydan artıq soğru-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.
HRA-nın bildirdiyinə görə, Məhəmməd Mahmudinin dosyesinə hakim Rəhim Həmlbər baxır. Rəhim Həmlbər Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan rəsmilər arasında olub.
Keçən ilin noyabr ayında Təbrizdə təşkil olunan etirazlar zamanı nəzarət altına alınan fəallar təhlükəsizlik həbsxanasında bir müddət sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.