Accessibility links

Siyasi fəal Nadir Sadıqian Təbriz İnqilab Məhkəməsində hakim qarşısına çıxarılıb


Nadir Sadıqian
Nadir Sadıqian

Keçən iyul ayında Təbrizdə su qıtlığına qarşı və ərəb icmasına dəstək olaraq keçirilən etiraz aksiyası ilə əlaqədar mühakimə edilən siyasi fəal Nadir Sadıqianın məhkəmə iclası keçirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “İslam Respublikasına qarşı təbliğat fəaliyyəti” göstərməkdə suçlanan Sadıqianın işinə hakim Rəhim Həmlbər baxır. Rəhim Həmlbər Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan rəsmilər arasında olub.

Agentliyin xəbərinə görə, türk fəal həmin aksiyalara qatıldığı üçün iki ayrı məhkəmədə mühakimə edilir. O, Təbriz Cəza Məhkəməsində isə “əhalini iğtişaşa dəvət etmək” ittihamı ilə mühakimə ediləcək.

Keçən iyul ayının ortalarında İranın ərəb icmasının sıx yaşadığı Əhvaz bölgəsində su qıtlığına qarşı baş qaldıran və 10 gündən artıq davam edən kütləvi aksiyalarda bir çox etirazçı öldürüldü. Əhvazdakı etirazların ardınca türk fəallar İran Azərbaycanının müxtəlif şəhərlərində çağırış vərəqələri paylayaraq əhalini iyulun 24-də ərəb icmasına dəstək etirazlarına qatılmağa çağırmışdılar. İran polisi və hərbi qüvvələri həmin gün Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlərdə etirazları əngəlləmək üçün əsas küçələri bağlamışdı.

İyulun 24-də Təbriz aksiyalarında etirazçılar “azadlıq, ədalət, milli hökümət”, “Azərbaycan, Əl-Əhvaz, ittihad, ittihad” və “haray, haray mən türkəm” kimi şüarlar səsləndirib. Su qıtlığına qarşı etirazlarla əlaqədar Təbriz başda olmaqla, İran Azərbaycanının üç sərhəd vilayətinin mərkəzlərində onlarla vətəndaş nəzarət altına alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG