Accessibility links

Natiq Cəfərli: Rəsmilər QHT-lərdə korrupsiya axtarırsa, təmir-tikintilərlə də maraqlansınlar


Natiq Cəfərli
Natiq Cəfərli

“Bu gün bir çox dövlət və hökumət məmurları, deputatlar QHT sektorunda korrupsiyadan, yeyintilərdən danışırlar. Afərin, düz edirlər, amma, anlamırlar ki, QHT-lər Avropa və ABŞ vergi ödəyicilərinin hesabına formalaşan vəsaitlər hesabına maliyyələşdirilir. Bu barədə REAL Hərəkatının icraçı direktoru Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib.

Noyabrın 19-daPrezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov rəsmi “Azərbaycan” qəzetinə müsahibəsində bildirib ki, vətəndaş cəmiyyəti iştirakçılarının, qeyri-hökumət təşkilatlarının fəaliyyəti “tam şəffaf deyil və burada korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir”. Şöbə müdiri qərb və ABŞ donorları tərəfindən maliyyələşdirilən çoxsaylı layihələri sadalayıb.

“Hesab edirik ki, bu cür fəaliyyət yolverilməzdir. Demokratiyanın daha da gücləndirilməsini tələb etmək və bununla bərabər, demokratik cəmiyyətin institutlarına antikonstitusion mübarizə üsullarını aşılamaq siyasi riyakarlıq olmaqla yanaşı, vətəndaş cəmiyyəti konsepsiyasının mahiyyətini də sarsıtmaq deməkdir”, Ələsgərov qeyd edib.

Şöbə müdiri həmçinin deyib ki, Azərbaycan dövləti kifayət qədər maliyyə resurslarına malikdir və vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələrinin inkişafı məqsədi ilə dövlət büdcəsindən iri həcmdə vəsaitlər ayrılır.

Natiq Cəfərli isə sual edir ki, xərclər qeyri-şəffafdırsa, əlavə xərclərə, hətta, yeyintilərə yol verilibsə, bu donorla QHT-lər arasında olan problemdir, dövlətin nə işi var bu məsələyə qarışsın?

“Əgər QHT Azərbaycan büdcəsindən, dövlət vəsaitləri hesabına maliyyələşirsə, tamam, problem deyil, xərclərin düzgün olub-olmamağını yoxlaya bilərlər, yoxlamalıdırlar da, xarici donorlardan maliyyələşən QHT-lərlə bağlı dövlət yalnız vergi məsələlərinə müdaxilə edə, vergi ödəmələrini yoxlaya bilər”, REAL-ın icraçı katibi qeyd edib.

Onun fikrincə məmurlar və deputatlar korrupsiya və yeyintilərin olmağında belə maraqlıdırlarsa hər il təmir-tikintiyə ayrılan milyardlarla manat vəsaitlərin aqibəti ilə maraqlansınlar, nazirlik və dövlət komitələrində olan yeyintiləri aşkarlasınlar.

“Bu dövlətimizin birbaşa vəzifəsi və borcudur! Yoxsa xaricdən maliyyə vəsaiti alıb, tutalım, onun bir hissəsini müqaviləyə uyğun olmadan xərcləyibsə, qoy bunun dərdini Avropa və ABŞ dövlətləri, fondları çəksinlər ki, onların vergi ödəyicilərinin hesabına formalaşan fondları azərbaycanlılar “basıb-yeyiblər”. Nə isə, sadə məntiq bunu deyir, ildə cəmi 2-3 milyon dollarlıq dövriyyəsi olan QHT sektoruna belə hücum etmək məntiqsizlikdir, orta və uzun perspektivdə dövlətimizin özünə ciddi ziyan vuracaq. Çünki, sivil toplum məhdudlaşdırılanda mütləq radikal qrupların sayı və nüfuzu artır, bunu tarix dəfələrlə sübut edib”, o qeyd edib.

Cəfərli eyni zamanda qranların dövlətin daxili işlərinə qarışmaq, siyasi təsirlər yaratmaqla bağlı ittihamlara cavabda deyib ki, Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədi ilə maliyyələşdirilən layihələr dövlətin daxili işlərinə qarışmaq, siyasi proseslərə təsir etmək deyil, Azərbaycanın qoşulduğu konvensiyalara, beynəlxalq dəyərlərə və hüquqa hörmətdir.

“Azərbaycan dövləti və Heydər Əliyev Fondu da Pakistana, Fələstinə və başqa ölkələrə qrantlar ayırır, məktəblər tikir, Luvr muzeyini təmir etdirir, Vatikanda restavrasiyaya vəsait ayırır. Ümumbəşəri dəyərlər baxımından bu da müsbət addımdır. Azərbaycan rəsmilərinin məntiqi ilə yanaşsaq deyə bilərik ki, Fransa və Vatikanın kifayət qədər maliyyəsi var. Elə isə Azərbaycan bu layihələrə niyə qrant ayırır?”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG