Accessibility links

Venesiya Komissiyasının nümayəndə heyətinin Azərbaycana səfəri ləğv olunub


Venesiya Komissiyası_logo
Venesiya Komissiyası_logo

Avropa Şurasının Venesiya Komissiyasının (AŞ VK) nümayəndə heyətinin noyabrın 13-14-də Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. Bu barədə Venesiya Komissiyasının məlumatında deyilir. Lakin səfərin ləğv olunmasının səbəbləri açıqlanmır.

Qeyd edək ki, Venesiya Komissiyasının ötən həftə yaydığı bəyanatda deyilirdi ki, Azərbaycanın QHT qanunvericiliyinə etdiyi son dəyişikliklə bağlı rəy hazırlamaq üçün Azərbaycana səfər edəcəklər.

VK nümayəndə heyətinin səfəri bir neçə dəfə ən yüksək səviyyədə müzakirə olunub və Azərbaycan hakimiyyəti ilə razılaşdırılıb.

Rəyin dekabrda komissiyanın növbəti plenar sessiyası çərçivəsində qəbul edilməsi gözlənilir.

XS
SM
MD
LG