Accessibility links

Məhkəmə NİDA-çının şikayətini təmin etməyib


Məmməd Əzizov
Məmməd Əzizov

Hazırda 7 NİDA fəalı həbsdədir

Bakı Apellyasiya Məhkəməsi NİDA Vətəndaş Hərəkatının fəalı Məmməd Əzizovun həbs müddətinin 2 ay uzadılmasına qarşı olan şikayətini təmin etməyib.

Vəkil Fariz Namazlı bildirib ki, hazırda heç bir istintaq hərəkəti aparılmır. Onun fikrincə Məmməd Əzizovu həbsdə saxlamaq üçün nə əsas, nə də zərurət var.

“Çünki o şahidlərə təzyiq göstərmək iqtidarında deyil. Əzizov istintaqdan da yayınmayacaq, çünki özünü təqsirsiz hesab edir”.

Vəkilin fikrincə, işə baxılması dekabrda başlaya bilər.

Hazırda 7 NİDA fəalı həbsdədir. Onlar martın 9-dan başlayaraq həbs edilib. NİDA-çılar kütləvi aksiyalarda partlayıcı maddədən istifadəyə hazırlıq və narkotik saxlamaqda günahlandırılır.

Beynəlxalq təşkilatlar NİDA-çıları vicdan məhbusu kimi tanıyıb.
XS
SM
MD
LG