Accessibility links

NİDA-çılar 9 gündür aclıq edir - məhkəmədən bəraət istənilib [Video]


NİDA-çı gənclərin valideynləri aclığın dayandırılmasını istəyir
please wait

No media source currently available

0:00 0:01:37 0:00

NİDA-çı gənclərin valideynləri aclığın dayandırılmasını istəyir

NİDA fəallarının məhkəməsində vəkillərin çıxışları başa çatıb

Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Hərəkatı fəallarının işi üzrə prosesdə vəkillərin çıxışları başa çatıb.

Müttəhimlər 9-cu gündür ki, aclıq edir.

İclasdan öncə AXCP lideri Əli Kərimli gəncləri aclığı dayandırmağa və səhhətlərini qorumağa çağırıb.

Gənclərin valideynləri də aclığa son qoymağa çağırıblar. Lakin müttəhimlər bundan imtina edib.

Müttəhim İlkin Rüstəmzadə hakimə deyib ki, Penitensiar Xidmətdən xahiş etsinlər ki, məhbuslar üçün avtomobili dəyişsinlər. Çünki onları gətirən avtomobildə kondisioner yoxdur və bu, aclıq edənlərə pis təsir göstərir.

Sonra vəkil Elçin Sadıqov çıxış edib. O deyib ki, “proses söz və ifadə azadlığı üzərində məhkəmədir”. O, məhkəməni müttəhimlərə bəraət verilməsinə çağırıb.

Vəkil Xalid Bağırov ittihamların sübutsuz olduğunu və çoxlu prosessual pozuntuların oldğunu qeyd edib.

Belə ki, əməliyyatçıların yalnız baxış üçün sanksiyası olduğu halda onlar müttəhimlərin mənzillərində axtarış apararaq alt-üst ediblər.

Baxışlar, şahid ifadələrinə dair protokollar saxtalaşdırılıb, müttəhimlərin müdafiə hüququ pozulub.

Vəkil İ.Rüstəmzadəyə qarşı ittihamı “müstəsna həyasızlıq” adlandırıb.

Gənc xuliqanlıqda ittiham olunur, lakin ictimai təhlükəli hərəkət faktı və zərərçəkən yoxdur.

Faktiki olaraq İ.Rüstəmzadə başqalarının da etdiyi işə görə - “Harleme Shake” rəqsinin ifasına və onun İnternetdə yerləşdirilməsinə görə həbs olunub.

Sonda vəkil Rəşid Hacılı çıxış etməli idi. O, dörd müttəhimi müdafiə edir. Lakin hacılı xarici ölkədə ezamiyyətdə olduğundan müttəhimlər məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş ediblər.

Müttəhim Rəşadət Axundov yekun sözə hazırlaşmaq üçün vaxt istəyib. Hakim növbəti iclası mayın 1-nə təyin edib.
XS
SM
MD
LG